Bəyaz ayaqqabıları ləkələrdən təmizləyən 3 GÜCLÜ VASİTƏ

Sport ayaqqabılarınızın yeni alınmış kimi tərtəmiz olması üçün nə etməliyik? Sizin üçün araşdırıb tərtib etdiyimiz tövsiyələrimizdən çox razı qalacaqsınız.

Metod 1: Aseton

Aseton demək olar ki, həyatımızın bir hissəsinə çevrilib. Çoxumuzun bildiyimiz aseton, dırnaq boyasını çıxarmaq üçün və bir çox təmizlikdə istifadə olunur. Bəs paltar və hətta ayaqqabıdakı ləkələrdən qurtulmağa imkan verdiyini bilirdiniz?

 

Etməli olduğumuz şey çox sadədir, əlimizdə olan hər hansı bir parça və ya pambığa aseton damladırıq və ayaqqabımızdakı çirkli sahəni sürtərək  tətbiq edirik. Bu şəkildə qısa müddətdə ləkələr təmizlənəcək.

Metod 2: Soda, Maye Sabun, Su

Gəlin karbonatın super gücünq sınayaq. Əksər təmizliklərdə istifadə olunan sodaının əsas məqsədi ağartmaqdır. Ayaqqabılarımızın sararması və ya çirklənməsi də soda üçün asan məsələdir.

 

Etməli olduğumuz ilk şey, soda və maye sabunu 1 stəkan su ilə dolu qabımıza əlavə edib qarışdırmaqdır (köpüklənənə qədər). Son addımımız hər hansı bir parçanı bu məhlulda islatmaq və ayaqqabılarımızı yaxşı silməkdir. Bu proses sayəsində ləkələr qısa müddətdə çıxarılacaq.

Metod 3: Ağ Diş Macunu, Diş Fırçası, Bez

 

Son üsul diş fırçası və diş pastasıdır. Diş pastasının köməyi ilə ayaqqabı ləkələrindən qurtulmaq mümkündür. Etməli olduğumuz ilk şey, ağ diş pastamızı ağ ayaqqabımıza fırça ilə sürtməkdir (diş macunu yaşıl və ya mavi olmamalıdır).

Bu şəkildə ayaqqabılarımız ləkələrdən qurtulacaq və istədiyimiz ağlığı əldə edəcəyik. Ayaqqabılarımızı nəm bir parça ilə silək.

Evdarliq.Az