1. Təzə toyuq seçin. Təxminən 1,2-1,3 kq olmalıdır. Dondurulmuş toyuq almayın.
2. Qızartdıqdan əvvəl toyuğu 2-3 saat marinadda saxlayın. Ən yaxşı marinad resepti - 2 x.q. mayonez, duz, istiot, 2-3 diş sarımsaq, rozmarin, sarıkök. Yaxşı qarışdırın, üzərinə plyonka çəkib soyuducuda saxlayın. Axşamdan səhərə qədər saxlayanda dadı daha da yaxşı olur.
3. Qalın tavadan istifadə edin. Tavanı əvvəl yaxşı qızdırın, sonra bitki yağını tökün, yenə qızıdırın.
4. Toyuğu tavaya qoyun, hər 2 tərəfdən yaxşı qızardın. Tavanın qapağını bağlamayın.
5. Hazır olub-olmadığını başa düşmək üçün əti qalın yerindən diş çöpü ilə deşin. Şəffaf şirə çıxırsa, hazırdır.
6. Hər 2 tərəfdən qızardandan sonra tavanın qapağını bağlayın, qazı azaldın, bir az da qızardın.
Nuş olsun!
Evdarliq.az