Adi sirkə ev işlərində bizə çox böyük kömək edə bilər.
- Sirkənin köməyi ilə ağ köynək və maykalarda tərdən əmələ gələn sarı ləkələrdən xilas oluna bilərsiniz. Ləkəyə sirkə sürtün və paltarı adi qaydada yuyun.
- Soyuducuda pis qoxu əmələ gəlibsə, soyuducunun bütün səthlərini sirkədə isladılmış əski ilə silin.
- Partarların rəngini qorumaq üçün paltaryuyan maşınına yarım stəkan sirkə tökün.
- Çaydanın içində ərp əmələ gəlibsə, çaydana sirkəli su tökün (1 l su üçün 1 x.q. sirkə) və qaynadın.
- Paltaryuyan maşınını göbələk və mikroblardan təmizləmək üçün boş maşına yarım stəkan sirkə tökün və maşını qoşun.
- Təzə qabların üzərində hər hansı etiket və s. varsa, sirkəni bir qədər qızdırın, sirkədə əski isladın və etiketin üzərinə qoyun. Kağız asanlıqla təmizlənəcək.
- Güzgü, çılçıraq və şüşələri yumaq üçün suya sirkə əlavə edin.
- Borularınız tutulubsa boruya yarım stəkan soda və sonra 1 stəkan qızdırılmış sirkə tökün. Yarım saatdan sonra borunu isti su ilə yuyun.
- Qarışqalardan qurtulmaq üçün döşəmə, plintuslar və s. həşəratlar olan yerləri sirkə əlavə olunmuş su ilə silin.
- Sirkə vanna otağında kiflə mübarizə etməyə yardım edir.
Evdarliq.az