Yumurta qabıqlarını atmayın – FƏRQLİ İSTİFADƏ QAYDALARI

Yumurtanın qabığı da ən az özü qədər faydalıdır. Ailem.az yumurta qabığından məişətin müxtəlif sahələrində istifadə etmək yollarını göstərir.

Üz maskası

Yumurta qabıqlarını əzin və bir yumurta ağı ilə qarışdırın. Bu qarışımı üzünüzə sürtün, quruyana qədər saxlayın. Quruduqdan sonra ilıq su ilə üzünüzü təmizləyə bilərsiniz.

Qazan və çayniklərin təmizlənməsi

Yumurta qabıqları ilə qazan və çayniklərinizin dibini təmizləyə bilərsiniz. Bunu edərkən yuyucu vasitə də istifadə edə bilərsiniz.

Çiçəklərin torpağına yerləşdirin

Yumurta qabıqları kalsium və digər minerallarla baxımından zəngindir, bu səbəblə çiçəklərinizi əkdiyiniz torpağa yerləşdirəcəyiniz yumurta qabıqları gübrə təsiri yaradacaq.

Qəhvənin acısını götürür

Qəhvə maşınında hazırlanan qəhvədə acımtıl bir dad olur. Buna görə də maşınınızın qəhvə qoyulan hissəsinə bir yumurta qabığı yerləşdirin. Bununla acı dad yoxa çıxacaq.

Paltarları ağardır

Yumurta qabıqlarını bir torbaya tökün və ağlarla birlikdə paltaryuyana qoyun. Nəticə sizi heyran edəcək.