Əriştəni çox sevirsinizsə, sizə özəl bir reseptimiz var.
Lazım olanlar:
- 2 ədəd yumurta
- 1 stəkan su
- 2 stəkan un
Hazırlanması:
Verilən ərzaqları ləyəndə yoğurun və xəmiri 15-20 dəqiqə kənarda saxlayın. Xəmirdən ovuc böyüklüyündə kündələr hazırlayın və yayın. İstəsəniz kvadrat, istəsəniz də lentlər şəklində kəsin. Xəmiri xarab olmadan altı ay boyunca saxlayar, istədiyiniz zaman istifadə edə bilərsiniz.
Ailem.az