Ədviyyatlardan düzgün istifadə qaydaları

Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.

Sizə bu qaydaları təqdim edirik.

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu
Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.

Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil

Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon.

Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd.

Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan

Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə.

Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana.

Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə

İsti süd üçün: zərdəçal, zəfəran, darçın.

Publika.az