Yaxşı bişirilmiş mürəbbəni uzun müddət ərzində saxlamaq olar. Belə mürəbbə xarab olmur və öz xüsusiyyətlərini saxlayır.
Mürəbbənin hazır olub-olmadığını təyin etmək üçün bu kimi üsullardan istifadə etmək olar:
- soyuq nəlbəkinin üzərinə bir damcı mürəbbə tökün. Damcı yayılmırsa, mürəbbə hazırdır.
- hazır mürəbbənin şirəsi şəffaf olur, meyvələr siropun içində üzür, siropun üzərinə çıxmır.
- hazır mürəbbənin şirəsi meyvənin rəngində olur.
- mürəbbəni kağız salfetin üzərinə damızdırın. Ləkənin ətrafında nəm ləkə əmələ gəlmirsə, mürəbbə hazırdır.
- nəlbəkiyə şəkər tozu səpin, üzərinə bir neçə damcı mürəbbə tökün. Mürəbbə şəkər tozuna hopulmursa, hazırdır. Mürəbbə hopulursa, bişirməni davam edin.