Faydalı məsləhətlər

Qadınlar bunları mütləq bilməlidir – 15 MƏSLƏHƏT

Sizə qadınların mütləq bilməli olduğu və nə vaxtsa ehtiyac duyacaqları məsləhətlər təqdim edirik. Həyatınızı asanlaşdıracaq bu məsləhətlərlə tanış olun:

1. Qırmızı şərab ləkələrini aparmaq üçün ağ şərabdan istifadə edin.

2. Yeni aldığınız cins şalvarı dərziyə verməmişdən əvvəl ən azı 2 dəfə yuyun. Cinslər yuyulanda mütləq balacalaşır.

3. Tiftiklənmiş və ya anqora yunlu paltarlarınız tük tökməsin deyə, balaca bir paketə qoyub soyuducunun buzluğuna yerləşdirin. 3 saat saxlasanız, kifayətdir.

4. Vintaj, yaxud ikinci əl paltarlardakı iydən qurtulmaq üçün 1 qaşıq araqla 2 qaşıq suyu qarışdırıb, sprey şüşəsinin köməyi ilə püskürdün.

5. Çantanıza yağ damcısı düşübsə, uşaq pudrasını ləkənin üstünə tökün və sabaha qədər saxlayın. Böyük ehtimalla ləkə yox olacaq. Getməyibsə, bir neçə gün bunu təkrarlayın.

6. Əyninizə yaxşı oturan paltarların əsas xüsusiyyəti sintetikliyindədir. Köynəklərdə 95% pambıq, 5% sintetika, cins şalvarlarda isə tərkibində ən azı 2% sintetika olanlara üstünlük verin.

7. Paltarınızı şkafa həmişə açıqdan tünd rənglərə görə yığın. Məsələn, açıq rəngləri soldan, tündləri sağdan düzün. Beləcə, daha rahat seçib geyinə biləcəksiniz.

8. Yun parçanın keyfiyyətini yoxlamaq üçün parçanı astaca dartın. Əlinizi çəkəndə parça əvvəlki vəziyyətini alırsa, deməli, keyfiyyətlidir.

9. Mağazada cins şalvarı geyinib yoxlamağa vaxtınız yoxdursa, barmaqlarınızı büküb dirsəyinizi şalvarın belinə salın. Əgər şalvarın beli dirsəyinizdən barmaqlarınızın bükümünə qədərdirsə, bu, sizin ölçünüzdür. Boynunuzun ölçüsü də bel ölçünüzlə eynidir, onu da yoxlamaq olar.

10. Hansısa paltarı atıb-atmamaqla bağlı qərarsızsınızsa, "indi mağazada olsaydım, bunu alardım?" sualını özünüzə verin. Cavab "yox"dursa, atın.

11. Bikini və dəniz geyimlərini paltaryuyan maşında yumayın. Maşınla yuyulanda bu paltarlar elastikliyi itirir.

12. Saxta çantalardan qaçın, onların həqiqi olub-olmadığını çox adam başa düşər. Amma saxta brilyant və digər daş-qaşlı dəstləri isə keyfiyyətlidirlərsə, ancaq pəşəkarlar anlaya bilər.

13. Paltarı ütüləyəndən dərhal sonra geyinməyin. Yoxsa yeni qırışlar əmələ gələ bilər. 5 dəqiqə gözləyin, sonra geyinin.

14. Çiçəklərin güldanda daha çox canlı qalmasını istəyirsinizsə, suya bir azca araq damcıladın.

15. Şəffaf corablarınızın süzülməyindən yorulmusunuzsa, əvvəlcə üzərinə saç spreyi vurun, sonra geyinin.

Lent.az

 

 


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Uxa (balıq şorbası). Dadlı və faydalı!

Uxa (balıq şorbası). Dadlı və…

İsti yeməklər Hits:1188

İnqrediyentlər 4-lik qazan üçün göstərilib.

Üz dərisini ev şəraitində necə ağartmaq olar?

Üz dərisini ev şəraitində necə…

Kosmetologiya Hits:21061

Sizə bir neçə təbii və ziyansız...

Bişmiş kremlə çox dadlı bulkalar

Bişmiş kremlə çox dadlı bulkalar

Şirniyyat Hits:7670

Tərkib: Xəmir: - 10 qr quru maya - yarım...

Şokolad və albalı ilə ağızda əriyən peçenye

Şokolad və albalı ilə ağızda…

Şirniyyat Hits:1650

Tərkib: - 500 qr un - 250 qr...

Niyə onu əvvəlki kimi sevmirəm? - SƏBƏBLƏRİ

Niyə onu əvvəlki kimi sevmirəm?…

Münasibətlər Hits:1172

Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı...

Çox asan hazırlanan KƏSMİKLİ PİROQ

Çox asan hazırlanan KƏSMİKLİ PİROQ

Şirniyyat Hits:11078

Çox asan hazırlanan KƏSMİKLİ PİROQ

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:374

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:442

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:350

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:631

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:557

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:458

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:886

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1046

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az