Faydalı məsləhətlər

Dırnaq boyalarından məişətdə istifadə. 10 faydalı məsləhət

Hər bir evdə dırnaq boyaları var. Əllərimizi gözəl və baxımlı etməkdən əlavə dırnaq boyaları bizə bir çox işlərdə kömək edə bilər.

1. Bunu hamı bilir. Kolqot və ya qolfilərin cırılmış yerini lakla yaxşı bərkidin. 1 lay çəkin, bir az gözləyin ki, lak qurusun, sonra yenə bir-iki lay çəkin.

2. Parıltısız bijuteriyanı, düymələri, sancaqları şəffaf parıltılı lakla boyamaq olar. Onlar təzə kimi görünəcək və parıldayacaq.

3. Düymələri bərkitmək üçün bu düymələri saxlayan sapların üzərinə 1 damcı lak tökün. Düymələr daha gec qırılacaq.

4. Eynəklərin vintləri tez-tez laxlayır, yerindən çıxır və eynək qırılır. Bunun qarşısını almaq üçün vintin üzərinə lak çəkin.

5. Evdə yapışqan yoxdursa, lakdan istifadə edin.

6. Açarları, bankaları, butulkaları və s. səhv salmamaq üçün onlara müxtəlif rəngdə lak çəkin.

7. Bəzən paltarasanlar (xüsusilə taxtadan olanlar) nazik paltarlara ilişir, onları korlayır. Bunun qarşısını almaq üçün paltarasana lak çəkin. Səth hamar olacaq və paltarlar ilişməyəcək.

8. Laklı ayaqqabıların və ya çantaların üzərində çatlar və ya sürtülmüş yerlər əmələ gəlibsə, bu yerlərə  şəffaf lak çəkin.

9. Fıncanın, stəkanın, boşqabın, güldanın və s. üzərində çat əmələ gəlibsə, ona bir neçə lay lak çəkin.

10. Paltarınızı hər hansı iti əşyaya ilişdirmisinizsə, cırılmış yeri astardan şəffaf lakla bərkidin.     

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Arıqlamaq üçün limonlu suyu necə içmək lazımdır?

Arıqlamaq üçün limonlu suyu necə…

Maraqlı... Hits:13376

Arıqlamaq üçün tətbiq olunan olduqca çox...

Badımcandan ÇOX DADLI İKRA. Qışa tədarük

Badımcandan ÇOX DADLI İKRA. Qışa…

Qışa tədarük Hits:5140

Tərkib: - 3 kq badımcan - 2 kq...

Saçlar üçün çox effektli vitaminli maska. Ani effekt!

Saçlar üçün çox effektli vitaminli…

Kosmetologiya Hits:17968

Yazda saçların vəziyyəti pisləşir - saçlar...

Bu ucuz vasitə üzünüzü tər-təmiz edəcək

Bu ucuz vasitə üzünüzü tər-təmiz…

Kosmetologiya Hits:19815

Dərini daim təmiz saxlamaq onun cavanlığı...

Dadlı kartof. Mətbəx sirləri

Dadlı kartof. Mətbəx sirləri

Ərzaqlar Hits:6138

- Soyulmuş kartofu qaralmaqdan qorumaq üçün...

Trüfel peçenyesi

Trüfel peçenyesi

Şirniyyat Hits:4338

Çox dadlı və qeyri-adi peçenyedir.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:444

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:477

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:377

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:691

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:588

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:481

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:910

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1092

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az