Puluna qənaət etmək istəyənlərə - MƏSLƏHƏTLƏR

Qənaət edərək yaşamaq, o demək deyil ki, hər  şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək bu  gözəl pul xərcləməkdir. Və hər kəs bundan faydalana bilər.

Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin: Nəyə mən pul xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın.. Utanmayin zəng eləyib araşdırın ki, niyə sizin telefon abunə haqqını,ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Gözləməyin ki, xərcləriniz artsın.

Dükana getdikdən əvvəl alacağınız ərzaqların siyahısını tərtib edin. Aldığınız ərzaqları, kredit kartı ilə yox, pulla odəyin. Ödədiyiniz pulların isə çeklərini saxlayın. Bu Sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.

Çalışın ən iri dukanlardan alış-veriş edəsiniz. Bu dükanlarda mallar daha ucuz olur, seçim isə daha çoxdur.

Geniş reklam olunan mallar adətən daha bahalı olur. Keyfiyyətlı, lakin daha ucuz malları tapmağa çalışın.

Psixoloqların fikrinə gorə insan ac mədəyə düşünülməmiş  addım atır. Ona görə də dükana getməzdən əvvəl evdə yaxşıca yeyin.

Tələyə duşməyin. Həmişə öz istədiyiniz şeyləri nəzərə alın və nəyi almaq istədiyinizə qəti qərar verin.

Hesablayın Siz iş yerinizdə yeməyinizə nə qədər pul sərf edirsiniz.Yəgin Siz özünüz də görərsiniz ki, bu həm cibinizə,həm də mədəniz üçün çox ziyandır. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız, həm də öz sağlamlığınızı düşünəsiniz.

Mutəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar çoxlu enerji aparır. Çalışın tez-tez tozsovuranın torbasını təmızləyəsiniz. Torbası dolu olan  tozsovuranın  1\3 hissəsi enerjinin 40%-ni aparır. Paltaryuyan maşını dolmuş şəkildə istifadə edin, bu həm suya, həm də enerjiyə qənaət etmiş olar.

Qənaətli lampalardan istifadə edin.

Yataq ağları ütüləməyin. Araşdırmalar göztərib ki, bu sağlamlıq üçün ziyanlıdır. Yataq ağların ütülənməsi çoxlu vaxt və elektrik enerji aparır.

Qənaət etdiyiniz pullara istirahət və yaxud səyahət edə bilərsiniz.

Atv.az


.
.
Загрузка...