Faydalı məsləhətlər

Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ

Mətbəx qadınların çox vaxt keçirdiyi məkanlardan biridir. Təbii ki, bu halda qadınlar mətbəx sirlərindən daha çox xəbərdar olur.

Lakin bəzən elə gözlənilməz hadisələr baş verir ki, qadınlar onların qarşısında aciz qalır. Məsələn, bəzən ət bişdikdən sonra bərk qalır, tərəvəz yeməyi çox duzlu alınır, hazırladığınız mürəbbələrin şirnisi çox olur və s. Əslində bunların hamısının sadə bir həlli var.

Bişdikdən sonra bərk qalan ət

Ət bişməzdən əvvəl çox ləzzətli görünür, lakin bişirdikdən sonra çeynənilməsi çətin olacaq qədər sərt qalır. Bu vəziyyəti aradan qaldırmaq üçün meyvə, kola və ya limon istifadə edə bilərsiniz.

Meyvə istifadə edəcəksinizsə, bişirərkən ətin ətrafını meyvələrlə örtün.

Limon istifadə edərkən, bişirməzdən yarım saat əvvəl limon suyu sıxmaq ətin daha yumşaq qalmasını təmin edəcək.

Kola da əti yumşaltmaq üçün istifadə edilə bilər. Əti qızartmazdan əvvəl 10 dəqiqə kolanın içində saxlayın. Sonra əti çıxarıb qurudun və az yağda yüksək odda qarışdıraraq bişirin. Bu üsul xüsusilə qalın olan ətlər üçün çox uyğundur.

Ağır soğan dadı

Soğanın ağır dadı və qoxusu yemək yeyərkən narahatlıq verə bilər. Lakin yeməklərdən bu dadı yox edə bilmək çətin olur. Buna görə soğanları bişirməzdən əvvəl soyuq su dolu bir kasanın içinə qoyun. Bunu etmək soğanın acı dadını aradan qaldırmağa kömək olur.

Ətin çox duzlu olması

Ət bişirərkən duzunu bir az çox tökmüsünüzsə, əti xama ilə dolu kasanın içinə qoyub bir müddət saxlayın. Xama ətin duzunu tarazlamağa kömək edir.

Başqa bir həll olaraq da yeməyə duzsuz yağ və ya un sousu (un, su və xama) edib tökə bilərsiniz. Yeməyə duzsuz qarnirlər əlavə etmək də yeməyi qurtarmanın bir başqa yolu ola bilər.

Əgər qiyməni çox duzlu bişirmisinizsə, yanına bir az balqabaq və kələm doğraya bilərsiniz. Eyni zamanda, çiy kartofu rəndələyib ətlə birlikdə bişirmək olar. Bu vəsaitlər yeməyinizi daha dadlı edəcək.

Çox duzlu tərəvəz yeməkləri

Duzlu tərəvəz yeməyinin içinə pomidor doğrasanız, duzu çəkilər. Bişmiş tərəvəzlərin duzluluğunu aradan qaldırmaq üçün başqa bir yol da var: üstünə bir az su əlavə edib bir neçə dəqiqə daha bişirin.

Bundan başqa, göbələk yeməklərini də duzsuz souslar, qarnir və ya xama istifadə edərək, bərpa edə bilərsiniz.

Yanan ət və ya digər yeməklər

Əti bişirərkən, xüsusilə, qızardarkən bir az çox bişdikdə ət yana bilər. Hətta içi çiy qalmış olsa belə, ətin yanmasından qaçmaq mümkün olmur. Bu vəziyyətdən xilas olmaq üçün ətin yanan hissələrini kəsib üstünə yağ, su və ya ət suyu sürtün.

Yanıq qoxusunu aradan qaldırmaq üçün də yeməyinizi bir kasaya qoyun, üstünü nəmli  bezlə bağlayın. Bunu etsəniz, pis qoxunun böyük hissəsini ardan qaldırırsınız.

Yanıq dadından əti isti südün içinə qoyaraq da xilas edə bilərsiniz. Lakin bu, yeməyinizin dadına təsir edə bilər.

Süfrəyə qoyulmadan soyuyan yeməklər

Bunun sadə bir həlli var. Süfrəyə isti gətirəcəyiniz yeməklərin qablarını 5 dəqiqə sobada isidin, sonra yeməyi tökün. Soyuq təqdim edəcəyiniz yemək varsa, qabları əvvəl soyuducuda soyuda bilərsiniz.

Çox yağlı ət suyu

Əgər əlinizdəki ət suyu çox yağlıdırsa, soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra yağ donub üzdə yığılacaq. Beləliklə, soyuduqdan sonra yığılan yağı yığın və bununla da çox yağdan xilas ola bilərsiniz.

Tavaya yapışan şirin xəmirlər

Şirin xəmirlərin tavaya yapışmasının bir çox səbəbi ola bilər. Məsələn, xəmiri çox sulu etməyin. Bu vəziyyətdə bir az un əlavə edin. Əgər istifadə etdiyiniz un keyfiyyətli deyilsə, irmik unu da əlavə edə bilərsiniz.

Eyni zamanda, xəmiri tökməzdən əvvəl tavanı yağlayın, bir az isindikdən sonra xəmiri qoyun. Bu, xəmirin yapışması mane olacaq.

Alınmayan pudinq

Bəzən pudinq hazırlayarkən sulu qala bilər. Belə bir vəziyyətlə qarşılaşdığınızda qarışıma bir az un əlavə edin. Bundan başqa, bir neçə dəqiqə daha çox bişirə bilərsiniz və ya birbaşa soyuducuya da qoya bilərsiniz.

Konserv yeməklərdə olan kif

Kif evdə hazırlanan konservləşdirilmiş yeməklərdə tez-tez rast gəlinir. Evdə hazırladığınız turşu, mürəbbə, kompot kimi yeməklərdə kif görsəniz, qabın qapağını açıb kifi təmizləyin və yeməyin növünə görə şəkər, duz və ya sirkə əlavə edib qaynadın.

Donmuş tərəvəzlər

Donmuş tərəvəzləri təxminən bir həftə otaq istiliyində saxlayın. Bu üsul onların dadlarını əvvəlki hala gətirə bilər.

Lent.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Pendir və sarımsaqla toyuq sinəsi

Pendir və sarımsaqla toyuq sinəsi…

İsti yeməklər Hits:897

Çox dadlı və tez hazırlanan yeməkdir...

Gözaltı torbalardan xilas olmağın TƏBİİ YOLLARI

Gözaltı torbalardan xilas olmağın TƏBİİ…

Kosmetologiya Hits:3684

Gözaltı torbalar bir çox insanı narahat...

Smuzi - faydalı kokteyl. Arıqladır və bağırsaqları təmizləyir!

Smuzi - faydalı kokteyl. Arıqladır…

İçkilər Hits:6285

Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən...

Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!

Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları…

Faydalı məsləhətlər Hits:16640

Aldığınız ayaqqabı ayağınızı sıxırsa, qanınız qaralmasın...

Ev şəraitində ÇİPSİ hazırlayırıq

Ev şəraitində ÇİPSİ hazırlayırıq

Qəlyanaltılar Hits:8596

Sizə ekoloji təmiz və dadlı çipsi...

Kəsmikli peçenye ZƏRFLƏR - FOTO

Kəsmikli peçenye ZƏRFLƏR - FOTO

Şirniyyat Hits:1226

Tərkib: - 400 qr yağlı kəsmik

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:510

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:499

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:411

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:727

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:608

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:500

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:923

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1133

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az