Parlaq saçlar vəd edən salat

Saçlarınızın parıldamasını istəyirsinizsə, yalnız qulluqla kifayətlənməyin.

Yediklərinizi diqqətli seçərək qısa müddətdə gur, parlaq və sağlam saçlara sahib ola bilərsiniz.

Oksford Universitetinin professorlarının apardıqları araşdırmalar qida menyusunda avokado, zeytun yağı, müxtəlif göyərtilər, qızıl balıq və badam kimi qidaların üstünlük təşkil etdiyi insanların saç problemi yaşamadığını müəyyənləşdirib.

Mütəxəssislər bildirir ki, bu qidalar həftədə ən azı 3-4 dəfə yeyilməlidir. Üstəlik, hamısını eyni vaxtda qəbul etdikdə təsiri daha güclü olur.

Bu salatı xörəklərin yanında və ya qəlyanaltı zamanı yemək olar.

Tərkibi:

- 200 qram qızıl balıq filesi

- 2 çay qaşığı zeytun yağı

- 1 dəstə tərə

- Yarım avokado

- 1 çay qaşığı sirkə

- 15 ədəd badam

- Yarım stəkan qabıqdan təmizlənmiş günəbaxan tumu

- Zövqə görə duz və qara istiot

Hazırlanması:

Zeytun yağını duz və istiotla qarışdırın. Qızıl balığı bu qarışığa bulayıb tavada qızardın. 

Kənarda böyük bir boşqaba əlinizlə iri-iri hissələrə ayırdığınız tərələri tökün.

Tərəni bıçaqla doğramaq məsləhət deyil, çünki bu göyərtiyə bıçaq dəyəndə onun tərkibindəki bir çox dəyərli maddə itir.

Badamı və dilim-dilim doğranmış avokadonu tərənin üzərinə əlavə edin. Bişmiş balığı avakadonun üzərinə yerləşdirin. Sonda, günəbaxan tumu və sirkəni əlavə edin.

Publika.az




loading...

Qadınların MENSTRUASİYA ilə bağlı soruşmağa utandığı SUALLAR