Məlumatlar

Ən çox bəyənilən 5 ƏTİR



Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir.

Hər il yüzlərlə növdə və adda ətirlər insanların istifadəsi üçün istehsal ounub satışa çıxarılır. Bir çox markanın və növün arasında qadınların əksəriyyətinin çox bəyəndiyi brendlər isə bir əfsanə olaraq adlarını tarixə yazdırmışdırlar. Ən çox bəyənilən bu 5 ətir brendinin hansılar olduğunu, onların yaranma tarixlərini və tərkiblərini sizə təqdim edirik.

Chanel No 5-Coco Chanel: Dünyanın ən məşhur ətri. Heç bir ətir bu qədər tanınmadı və sevilmədi. Coco Chanel 1921-ci ildə bu ətri satışa çıxardığı zaman qadın kimi qoxan bir ətir hazırlamaq istədiyini və buna nail olduğunu demişdi. Tərkibində yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan bu ətir fərqli qoxuları qarışdıran ilk ətirdir. Bundan əvvəlki ətirlərdə yalnız bir çiçək qoxusundan istifadə edilirdi.

Miss Dior-Christian Dior: Bu ətir sofistik və zərif bir stili təmsil edir. 1947-ci ildə istehsal edilən bu ətrin adı Christian Diorun bacısı Catherine Diora xitabən "Miss Dior" olaraq qeyd edilmişdi. Şüyüd, yasəmən və "paçuli" bitkilərinin qoxularının qarışığı olan möhtəşəm bir ətirdir.

Opium - Yves Saint Laurent: Ətir ustası Louis Sieuzac tərəfindən hazırlanan "Opium" ilk dəfə 1977-ci ildə satışa çıxarılmışdır. Opium "tiryək" deməkdir və satışa çıxarıldığı ilk vaxtlarda adına görə Amerikadakı çinlilərin qəzəbinə səbəb olmuşdu. Lakin buna baxmayaraq həmin ad qaldı və çox miqdarda satış əldə etdi. Portağal, keşniş və bibər üst notlarına sahib olan ətrin orta notları yasəmən və qızılgüldən təşkil olunmuşdur.

Shalimar-Guerlain: 1925-ci ildə Jack Guerlain tərəfindən istehsal edilən bu ətir ilk oriyental (şərq) ətirdir. Guerlain dünya tarixində eşqləri dillərə dastan olan Cahan Şah ilə şahzadə Mümtaz Mahalın eşqindən ilham alaraq bu ətri hazırladığını demişdi. Bu ətrin tərkibində berqamot, kəhrəba, süsən çiçəyi və vanil bitkilərinin qoxuları vardır. Bu ətrin adı ilə bağlı bəzi müzakirələr yaşanmışdır. Guerlain "Shalimar" sözünün Sanskritçədə "eşq məbədi" mənasında olduğunu dediyi halda, bəzi insanlar tərəfindən bu sözün Ərəb mənşəli olduğu və "ay işığı" mənasını verdiyi iddia edilməkdədir.

Poison-Christian Dior: 25 illik bir tarixi olan bu ətir hələ də səltənətini davam etdirməkdədir. Ədviyyatlı, meyvəli notların qarışığı olan bu ətir 1987-ci ildə ətir sahəsinin Oskarı hesab edilən "Fifi" mükafatına layiq görülmüşdür.

Leydi.az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Qulyaşın hazırlanması. Sadə və dadlı!

Qulyaşın hazırlanması. Sadə və dadlı!

İsti yeməklər Hits:21306

Qulyaş bir çox mətbəxlərdə var.  Dadlı...

Geyimlərinizdəki sarı tər ləkələrinin 1 dəqiqəlik və 10 qəpiklik sadə həlli

Geyimlərinizdəki sarı tər ləkələrinin 1…

Faydalı məsləhətlər Hits:24654

Geyimlərinizdəki sarı tər ləkələrinin 10 dəqiqəlik...

Zərif QOZLU TORT

Zərif QOZLU TORT

Şirniyyat Hits:3741

İnqrediyentlər: Xəmir üçün: - 2 stəkan un

Peçenyedən bişmiş kremlə TORT

Peçenyedən bişmiş kremlə TORT

Şirniyyat Hits:6703

İnqrediyentlər: - 700 qr süd

Dadlı leço resepti

Dadlı leço resepti

Qışa tədarük Hits:17767

Çox dadlı leço alınır. Reseptdə sirkə...

Ev şəraitində ləzzətli HALVAnın hazırlanması

Ev şəraitində ləzzətli HALVAnın hazırlanması

Desertlər Hits:18374

Çox dadlı və faydalı şirniyyat olan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:54

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:191

Məhsullar: - 2 badımcan

Gözəl olmaq üçün darçından istifadə edin

Gözəl olmaq üçün darçından istifadə…

Kosmetologiya Hits:463

Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa...

Xurma ilə dadlı piroq

Xurma ilə dadlı piroq

Şirniyyat Hits:444

Məhsullar: - 1,5 stəkan un

Mükəmməl makiyaj üçün 10 məsləhət

Mükəmməl makiyaj üçün 10 məsləhət

Kosmetologiya Hits:654

Makiyaj qadınların əvəzolunmazları sırasında ilk pillələrdə...

Noxud və qoyun əti ilə sadə və dadlı sup

Noxud və qoyun əti ilə…

İsti yeməklər Hits:271

Tərkib: - 800 qr qoyun əti

Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL

Ağ paltardakı ləkəni aparan 3…

Paltarlara qulluq Hits:455

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək...

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Təmizlik işləri Hits:833

Artıq yay ayları gəlir və yun...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az