Məlumatlar

Limondan bilmədiyiniz istifadə qaydaları

Limondan sadəcə limonad hazırlamaq və ya salatlara dad qatmaq, ya da soyuqlama zamanı antioksidant kimi istifadə olunmur.

Olduqca faydalı olan limonun bilinməyən çox sayda istifadə qaydası var ki, bir çoxları bundan xəbərsizdir. Beləliklə, limonun bilmədiyimiz istifadə qaydaları...

- Su ləkəsi olan hamam əşyalarını limon sürtərək təmizləyə bilərsiniz.

- 3 limon, 1 qaşıq vanil və suyu qazanda su qalmayana qədər qaynadın. Bu, evdəki havanı təmizləyəcəkdir.

- 3-4 limonun qabığını 4-5 bardaq su ilə qaynadın. Soyuduqdan sonra saç diblərini bu su ilə masaj edin. 10 dəqiqə saxlayıb durulayın. Həftədə 1 dəfə bu proseduru edin. Bu, kəpək probleminə qarşı inanılmaz təsirli üsuldur.

- Əlinizə hopan yemək qoxularını əlinizə limon sürtərək yox edə bilərsiniz.

- Limonun tərkibindəki turşu qoltuq altındakı qoxuya səbəb olan bakteriyaları öldürür. Tər qoxusunun qarşısını almaq üçün qoltuğunuzun altına limon çəkə bilərsiniz.

- Limon suyunu saçınıza sürtüb 20 dəqiqə günəşdə otursanız, rəngi açılacaq.

- Paltarlarınızdakı tər ləkələrinə limon suyu çəkib yarım saat gözləyin və yuyun. Tər ləkələri yox olacaq.

- Tərkibində C vitamini bol olan limon dəriyə də yaxşı təsir göstərir. Limonu dərinizə və ya əllərinizə çəkərək daha parlaq və daha ağ bir dəriyə sahib ola bilərsiniz.

- Paslanan bıçaqları limon suyunda saxlasanız, pas ləkələrini aradan qaldıra bilərsiniz.

- Dilimlədiyiniz almaları və ya kartofu limon suyu damladılmış suyun içərisində saxlasanız, qaralmalarının qarşısını ala bilərsiniz.

- Limonlu suyu mikrodalğalı sobada 10 dəqiqə qızdırsanız, bir müddət saxlayıb asanlıqla sobanın içərisindəki ləkələri təmizləyə bilərsiniz.

- Həşəratların dişlədikləri yerlərə limon suyu çəksəniz, qaşınma və qızartını aradan qaldıracaq.

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Amosov pastası – zehin və…

Sağlamlıq Hits:9949

Akademik Amosov əməliyyat olunan xəstələr üçün...

Yumşaq oyuncaqları necə təmizləmək olar

Yumşaq oyuncaqları necə təmizləmək olar

Təmizlik işləri Hits:1481

Yumşaq oyuncaqların təmizləməsini yaxşı olar ki...

Xiyar maskaları ilə gözəlləşin

Xiyar maskaları ilə gözəlləşin

Kosmetologiya Hits:23522

Xiyarın tərkibində olan maddələr dəri üçün...

Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu

Kərə yağının təbii olduğunu müəyyən…

Ərzaqlar Hits:13439

Kərə yağı ən çox istifadə olunan...

Dadlı BATON. Çox asan hazırlanır!

Dadlı BATON. Çox asan hazırlanır!

Qəlyanaltılar Hits:2115

Tərkib: - 25 qr preslənmiş maya - 1...

Crazy Cake (dəlisov piroq). Ucuz və asan!

Crazy Cake (dəlisov piroq). Ucuz…

Şirniyyat Hits:12590

Crazy Cake - ("Dəlisov piroq") amerikan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:154

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:251

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:299

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1206

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:600

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1674

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:948

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6808

İlin hansı fəsli olursa olsun, dondurma...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az