Məlumatlar

Bu qidalar asılılıq yaradır!

Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.

İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:

- Pizza. Sübut olunub ki, bu qida ən güclü asılılıq yaradır. Məhz bu səbəbdən bir çox xarici ölkələrdə pizza ənənəvi qidaya çevrilib və insanlar öz həyatını pizzasız təsəvvür edə bilmirlər.

Fast-fudlarda satılan pizza həddindən artıq kalorili və ziyanlı qidadır. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.

- Şokolad növbəti qidalı "narkotik"dir. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.

- Dondurma da çox kalorili məhsuldur. Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz. Lakin müasir dondurmanın istehsalı zamanı əsasən ucuz trans-yağlardan istifadə olunur.

- Kartof çipsləri çox ziyanlı qida sayılır. Onların müntəzəm qəbulu bədən çəkisinin artmasına səbəb olur və həmçinin xərçəngin riskini artırır.

- Kartof-fri bütün digər qızardılmış qidalar kimi kanserogen xüsusiyyətlərinə malikdir. Bu qidanın daim qəbulu mədə-bağırsaq xərçənginin riskini xeyli artırır. Bundan əlavə kartof-fri  kalorili məhsuldur.

- Peçenye yağ və şəkərlə zəngindir. Dükanlarda satılan peçenye trans-yağlar əsasında hazırlanır. Trans-yağlar kanserogen xüsusiyyətlərinə malikdir.

- Şirin qazlı içkilər (limonadlar və s.) şəkərlə zəngindir. Həkimlər sübut edir ki, belə içkilərin daim qəbulu piylənmənin və hətta xərçəngin riskini artırır.

Evdarliq.Az


.
Загрузка...

Şərhlər  

#1 nigar 26.12.2016 12:20
Bəs ağ şokolad necə ziyanlıdır?
Sitat
#2 Saytın Admini 27.12.2016 12:36
Salam. Ən faydalı tünd şokolad sayılır. Ağ şokoladda kalori çoxdur, lakin faydalı maddələr, demək olar, yox səviyyəsindədir.
Sitat

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Kokosla şokoladlı peçenye-sendviç

Kokosla şokoladlı peçenye-sendviç

Şirniyyat Hits:1719

Dadlı, ağızda əriyən peçenye.

Puluna qənaət etmək istəyənlərə - MƏSLƏHƏTLƏR

Puluna qənaət etmək istəyənlərə -…

Faydalı məsləhətlər Hits:3885

Qənaət edərək yaşamaq, o demək deyil...

Sodanın məişətdə istifadəsi. Ucuz, ziyansız və effektli!

Sodanın məişətdə istifadəsi. Ucuz, ziyansız…

Təmizlik işləri Hits:47552

Sodanı ev işlərində çox geniş istifadə...

Üz üçün CAVANLAŞDIRICI DUZ MASKALARI

Üz üçün CAVANLAŞDIRICI DUZ MASKALARI

Kosmetologiya Hits:19594

Duz maskaları üz dərisinə çox müsbət...

Zərif QOZLU TORT

Zərif QOZLU TORT

Şirniyyat Hits:3909

İnqrediyentlər: Xəmir üçün: - 2 stəkan un

Heyva dənəsi, portağal, limon... - Dəriyə faydalı maskalar

Heyva dənəsi, portağal, limon... -…

Kosmetologiya Hits:1934

Dəri problemləri yaşayırsınızsa, evinizdə təbii vasitələrdən...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az