Yodlaşdırılmış duz haqqında bilmədikləriniz faktlar

Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan maddədir.

Bu mineralın çatışmazlığı qalxanvari vəzi xəstəliklərinə, sonsuzluğa, əqli zəifliyinə səbəb olur. Hal hazırda dünyanın bir çox ölkələrində yodlaşdırılmış duzdan istifadə olunur. Bəzi ölkələrində yod həmçinin çörəyə, makaronlara və bəzi digər məhsullara əlavə olunur.

Yodun duza əlavə olunması əksər ölkələrdə yod çatışmazlığı kimi ciddi problemi həll etməyə kömək edir. Bu isə qalxanvari vəzi xəstəliklərinin əsas profilaktikasıdır. Ümumdünya Səhiyyə Təşkilatı qidalanmada məhz yodlaşdırılmış duzundan istifadə etməyi tövsiyə edir.

Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı problemi mövcuddur. Bu səbəbdən yodlaşdırılmış duzun istifadəsi bizim ölkədə də çox böyük profilaktik rol oynayır.

Artıq miqdarlarda orqanizmə daxil olunduqda yod ağır pozulmalara səbəb ola bilər. Məhz bu səbəbdən həkimlər yod məhlulu əlavə olunmuş süd, bir nemə damcı yod məhlulu bir parça şəkərin üzərində və s. kimi el arasında populyar olan vasitələri istifadə etmək qəti şəkildə tövsiyə etmir. Bu yodun orqanizmə həddindən artıq dozada daxil olmasına səbəb olacaq.

Yodlaşdırılmış duzun qəbulu belə artıq dozalanmaya səbəb ola bilməz. Bunun üçün insan gün ərzində 50-60 qr duz yeməlidir. Bu isə, təbii ki, mümkün deyil.

Bəzən insanlar soruşur: niyə digər məhsul deyil, məhz duz yodlaşdırılır? Bunu anlamaq çox asandır - duz az miqdarlarda və hər gün orqanizmə daxil olur və nəticədə insan hər gün profilaktik dozada yod qəbul edir.

Yodlaşdırılmış duz aldıqda olun saxlanma müddətinə fikir verin. Saxlanma müddəti qurtardıqdan sonra duz adi duz kimi istifadə oluna bilər. Lakin bu artıq yodlaşdırılmış duz olmayacaq.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı yodlaşdırılmış duzun qəbulu qadağandır. Bu xəstəliklər arasında: tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması), nefrit, ağ ciyər vərəmi, piodermiya.

Evdarliq.AZ


.
.
Загрузка...