Bu bürclərlə evlənmək - Həyatınızı zindan edər

Evlənməmişdən qabaq partnyorunuzu yaxşı tanıdığınızı düşünə bilərsiniz.

Amma eyni evi paylaşmağa başladığınız zaman onun dəyişdiyini və fərqli xüsusiyyətlərə sahib olduğunu görəcəksiniz. “Çox yaxşı tanıyıram” dediyiniz adamın dəyişdiyini görüb təəccüblənə bilərsiniz.

Astrologiyada dəyişən, xüsusən də evləndikdən sonra dərhal dəyişən bürclər var. Bu səbəbdən bu bürclərlə evlənmədən əvvəl iki dəfə düşünməlisiniz.

XəzərXəbər həmin bürcləri təqdim edir:

1- Şir bürcü


Şir bürcü insanlar şən olsalar da, dəyişkəndirrlər. Dostları ilə ünsiyyət qurmağı və vaxt keçirməyi sevirlər. Evdə olmaq onlar üçün deyil. Onlar münasibətlərində həmişə əylənmək və yaxşı vaxt keçirmək istəyirlər. Ancaq şir bürcü olanlar evləndikdən sonra dəyişərlər.

Münasibətin əvvəlində gəzməyi sevən şirlər, evləndikdən sonra əksini, yəni evdə qalmağı seçə bilərlər.. Eqoist davranışları ilə həyat yoldaşlarını dəli edərlər. Şir bürcü ilə evləndiyiniz zaman tənbəl tərəflə qarşılaşacaqsınız.

2- Oğlaq

Oğlaqlar da evləndikdə tamamilə fərqli insana dönürlər. Sevgili olduqları müddətdə qarşı tərəfə azadlıq verər, onu çox sıxmazlar. Amma evləndikdən sonra yavaş-yavaş dəyişməyə başlayarlar. Oğlaq kişiləri və qadınları bu mövzuda eyni xüsusiyyətləri nümayiş etdirirlər. Onların qayda-qanunları ilə yaşamaq bir müddət sonra sizi sıxa bilər.

3- Balıqlar

Balıq bürcü ilə böyük bir sevgi yaşaya bilərsiniz. Həssas olan balıqlar emosional və romantikdirlər. Balıqlarla evləndiyiniz zaman sizi dəyişdirməyə çalışa bilərlər. Onun emosionallığına və incikliyinə dözmək çox çətindir. Balıq bürclərinin hər şeyə inciməsi sizi bezdirə bilər.

4- Əkizlər

Əkizlər bürcü flört etməyi sevirlər. Bir adama bağlanmaq, vaxt keçirmək onlar üçün deyil. Yeni insanlarla tanışlıqdan və ünsiyyətdən zövq alırlar. Sadiq qalmağı bacarmayan əkizlərin ağlı başqa insanlarda ola bilər. Bu isə evliliyinizə zərər verər.

5- Oxatan

Oxatan heç böyüməyən uşaq kimidir. Onlar həmişə yeni yerlər görmək və səyahət etmək istəyirlər.

Özlərini hər mənada təkmilləşdirməyi sevən oxatanlar evlilikdə çox uğurlu sayılmazlar. Təkliyi sevən oxatan üçün eyni evdə bir adamla yaşamaq qorxulu ola bilər. Bu səbəbdən oxatan bürcü ilə evlənməzdən əvvəl iki dəfə düşünməlisiniz.



 

 

.