Evlilik haqqında düşünməyən bürclər: Onlar ömür boyu subay qala bilərlər

Bəzi insanlar evliliyə çox həvəsli olsalar da, bəziləri ömür boyu bundan uzaq qala bilərlər. Azadlığının məhdudlaşdırılacağını düşünərək evlilik fikrinə heç vaxt xoş münasibət bəsləməyən bu insanlar ciddi münasibətlərdən də qorxurlar. 

Evdarliq.az bu dəfə astrologiyanın evliliyi sevməyən bürcləri haqqında məlumatı təqdim edir.

Əkizlər bürcü - Astrologiyada ən sosial bürclərdən biridir. Onları eyni yerdə və eyni insanlarla görmək həmişə mümkün olmur. Çünki bu bürcün nümayəndələri həmişə yeni insanlarla tanış olmağı xoşlayırlar. Əkizlər bürcü heç böyüməyən uşaq kimidir, flirt etməyi sevirlər. Evlənmək və ömür boyu eyni adamla olmaq fikri onları qorxudur. Bu səbəbdən də mümkün qədər evlilikdən uzaq dururlar.

Dolça bürcü - Bütün məsələlərdə müstəqil olmağa öyrəşən dolçalara evlilik fikri heç vaxt uyğun gəlmir. Onlarda bağlılıq qorxusu var. Bu səbəbdən bir adama sadiq ola bilməzlər. Evliliklərdə adətən birgə hərəkət etmək lazımdır. Ancaq dolça bürcləri bu vəziyyətə heç vaxt alışa bilməzlər. Özlərini həmişə azad hiss etmək üçün ömür boyu subay qalmağı seçirlər.

Oxatan bürcü - Yeni yerlərə səyahət etməyi, yeni insanlarla tanışlığı sevirlər. Oxatan bürcünün bir nöqtədə sabit qalmasını gözləmək demək olar ki, mümkün deyil. Təbiətlərinə görə, onlar son dərəcə sosialdırlar və çox asanlıqla dostluq edə bilirlər. Bir insana bağlı olmaq fikri həmişə onlara qorxulu görünür. 


Balıq bürcü – Bu insanlar çox inkişaf etmiş bir təxəyyülə malikdirlər və reallıqdan uzaq yaşayırlar. Onlar həmişə öz aləmlərində xoşbəxt olanda düşünürlər. Balıqlar nə qədər sevmək və sevilmək istəsələr də, həmişə evlilik məsuliyyətlərindən qaçırlar. Bədbəxt olmaqdan çox qorxurlar. Evlilikdə yaşanacaq problemlərin öhdəsindən gəlməyə cəsarət tapa bilmirlər.

Tərəzi bürcü - Flirt etməyi sevdikləri üçün münasibətlərində sadiq qalmaq çox çətindir. Tərəzilər tək bir insanla yaşamaq fikrini qəbul edə bilməzlər. Bir müddət sonra darıxacaqlarını düşünürlər. Onlar dəyişkən əhval-ruhiyyəyə malik olduqları üçün evliliklərdə dinc ola bilmirlər. Tək və ya dostları ilə xoşbəxt olacağına inanırlar. Bu səbəbdən evlənməyi düşünmürlər./Sfera.az



 

 

.