Gecələr yata bilmirsinizsə, bu balışdan istifadə edin

Yuxu orqanizm üçün ən önəmli məlhəmdir. Bir çox xəstəliklərin yaranmasının, hətta orqanizmin yaşlanmasının səbəbkarı lazımi qədər yuxu yatmamaqdır. Buna görə də gün ərzində ən az 8 saat yuxu yatmalısınız.

Bəzən gecələr yuxuya gec gedir, yata bilmir və ya gecəyarı oyanır, səhərə kimi oyaq qalırıq. Rahat yuxu yatmaq üçün balışınızı dəyişin:

Lavanda çiçəyindən, mayaotundan, kətan toxumundan eyni miqdarda götürüb qarışdırın. Təzə, yumşaq ipək parçadan balaca balış tikib, ot qarışığını içinə doldurun. Gecə uzananda bu balışı gözünüzün üstünə qoyun. Balışdan klimaks dövründə olan qadınlar da istifadə edə bilərlər. O, ağrıları, narahatlığı götürür./axsam.az




 

 

.