Ən etibarsız bürclər: Onlara heç vaxt bağlanmayın, peşman olacaqsınız!

Sevdiyiniz insanlarla xoş münasibət qurmaq üçün güvən önəmlidir. Ancaq bəzi insanlarla münasibət qurarkən diqqətli olmaq lazımdır.

Həddindən artıq aşiq olan və ya heç kimə bağlana bilməyən bir insanla birlikdə yol qət etmək həqiqətən çətin ola bilər.

Sfera.az bu dəfə astrologiyada ən etibarsız hesab edilən bürcləri təqdim edir.

Əkizlər bürcü - münasibətlər məsələsində ən etibarsız bürclərdən birincisidir. Bu bürc altında doğulanlar yeni insanlarla tanış olmağı və ünsiyyət qurmağı sevirlər. Flört etməyi heç vaxt dayandırmır, uzunmüddətli əlaqələrdən çox tez sıxılırlar. Həmişə yeni bir şey axtarırlar.  Bu səbəbdən əkizlər bürcünə münasibətlərdə etibar etmək demək olar ki, mümkün deyil.

Şir bürcü -  əslində sadiq bürclərdən biridir. Birini həqiqətən sevəndə asanlıqla aldatmaz. Ancaq şirlər aşiq olmağı o qədər şişirdirlər ki, özünüzü bezmiş hiss edə bilərsiniz. Onlar həmişə özlərini ən mükəmməl insanlar hesab edirlər. Çox seçici olduqları üçün birinə aşiq olmaq da çətinləşir. Şir bürcü kişisi ilə birlikdə olmamışdan əvvəl həmişə sizi sevdiyinə əmin olun. Əgər əmin deyilsinizsə, ona güvənməklə özünüzü aldada bilərsiniz. Çünki şirlər daha yaxşısını tapanda qarşısındakını görməzdən gələ bilirlər.


Əqrəb bürcü - Astrologiyada ən sirli bürclərdən biridir, onu tanımaq çox çətindir. Özləri ilə bağlı heç bir təfərrüatı açıqlamırlar. Bununla belə, qarşıdakı insanı tanımaq üçün hər şeyi öyrənmək istəyirlər. Əqrəb bürcü həmişə gizli olduğundan, nə edəcəyiniz barədə fikir sahibi olmaq asan deyil. Bu xüsusiyyətlər onları münasibətlərdə etibarsız edir. Əqrəblə görüşməzdən əvvəl bilməlisiniz ki, onlarla kifayət qədər yaxından tanış ola bilməyəcəksiniz.  Münasibətlərdə adətən sadiq olan bu bürcün nümayəndələri,  işlər yolunda getməyəndə sizi asanlıqla ruhdan sala bilərlər.

Qoç bürcü - Hər zaman şən, ünsiyyətcil xüsusiyyətləri ilə diqqət çəkirlər. Münasibətlərində son dərəcə əyləncəli insanlardır. Bununla belə, qoçlar partnyorlarından asanlıqla sıxıla bilərlər. Uşaqlar kimi onlar da tezliklə oynamağa bir şey və ya yeni birini tapırlar. Bu səbəbdən qoç bürcünə çox bağlanmamalısınız. Qoç bürcü ilə olmaq istəyirsinizsə, kədərlənməmək üçün diqqətlə düşünməlisiniz.

Evdarliq.az



 

 

.