Bürclərə uyğun hava şəraiti - Kimlər soyuğa nifrət edir?

Bəzilərimiz yayı, digərlərimiz isə qışı sevir. Eləcə də bir qrup insanlar üçün işgəncə olan soyuq, digərlərimiz üçün əyləncəyə çevrilir.

Evdarliq.az bizim.media-ya istinadla xəbər verir ki, eyni bürc altında doğulan insanlar adətən eyni hava şəraitindən həzz alırlar.

Bürclər üçün ən uyğun hava şəraitini təqdim edirik:

Qoç

Bu bürcün nümayəndələri isti yayı sevirlər. Ona görə də soyuq havalarda evdən çıxmaq qoçlar üçün işgəncədir. Eyni zamanda onlar soyuqdəyməyə qarşı da həssasdırlar.


Buğa

Rahatlıq aşiqi kimi buğalar mülayim havaları daha çox sevirlər. Hava normadan daha isti və soyuq olduqda isə buğaların komfortu pozulur. Bu cür vaxtlarda onlar geyim seçməkdə çətinlik çəkirlər.

Əkizlər

Onlar üçün havanın elə də böyük əhəmiyyəti yoxdur. Əgər əhval-ruhiyyələri yerindədirsə, külək, soyuq, şaxta, qar və ya istiyə önəm vermirlər. Əkizlər sağlamlıqlarına da o qədər də önəm vermirlər.

Xərçəng

Xəyalpərəst və romantik xərçənglər hər iqlimə asanlıqla uyğunlaşa bilir, hə cür havanın özünəməxsus müsbət tərəflərinə diqqət yetirirlər. Ən soyuq havalarda belə bir qədəh isti şərab xərçənglərin adaptasiyası üçün yetərli olur.

Şir

Şirlər də qoçlar kimi isti havanı sevirlər. Lakin soyuq hava şirlər üçün qoçlardan daha böyük düşməndir. Ona görə də qış aylarında bu bürcün nümayəndələri adətən depressiv əhval-ruhiyyədə olurlar.

Qız

Qar, yağış, şaxta, istilik - Qız bürcü hansı təbiət hadisələrinin olduğuna heç əhəmiyyət vermir. Əgər sevimli məşğuliyyətiniz varsa, işiniz çoxdursa və ya Qızlar aşiqdirsə, o zaman ətrafda heç nə hiss etmirlər.

Tərəzi

Özlərini yaxşı hiss etmək üçün bu bürcün nümayəndələri təmiz havaya ehtiyac duyurlar. Ona görə də mövsümə uyğun olaraq hazırlıqlarını görüb gəzməyə çıxırlar. Onlar üçün də havanın necə olmasının ciddi əhəmiyyəti yoxdur.

Əqrəb

Bu bürcün nümayəndələri təbiətin enerjisi ilə qidalanırlar. Ona görə də orda yayı daha çox sevirlər. Lakin mövsümünə uyğun olmayan istilər bu bürcün nümayəndələrində diskomfort yaradır.

Oxatan

Bu bürcün nümayəndələri hər şeylə o qədər maraqlanırlar ki, onlar nəinki soyuqda gəzintiyə çıxa, həm də bəzi təcrübələr apara bilirlər. Eynilə isti havalarda olduğu kimi...

Oğlaq

Havanın isti keçməsini o qədər də sevmirlər, on görə də yay boyu payızın gəlməsini arzulayırlar. Soyuqla da araları elə də yaxşı deyil. Lakin müqayisə aparsaq, qış onlar üçün daha əyləncəlidir.

Dolça

Onlar da tərəzilər kimi təmiz havanı sevirlər. Xüsusən də, qışda, şaxtalı havada gəzmək onlar üçün əsl həzzdir. Dolçaların əhval-ruhiyyəsi soyuq havalarda olduqca yaxşı olur və hər fürsətdə açıq havaya çıxmağa çalışırlar.

Balıqlar

İstiqanlı balıqlar havanın soyuq keçməsinə nifrət edirlər. Onlar suyu, günəşi, istiliyi sevirlər. Əgər əllərində fürsət olsa bütün il boyu günəşli iqlimdə yaşaya bilərlər.



 

 

.