Yuxuda hamilə olduğunu görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir.

Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də hamilə qadındır. Bəs, yuxuda hamilə olduğunu görmək nə vəd edir?

Evdarliq.Az lent.az-a istinadən xəbər verir ki, yuxuda hamilə olduğunu görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuların təsviri görülmə tərzinə görə fərqli yozulur. Yuxuda hamilə olduğunu görmək sevindirici bir xəbər almağa, xoş sürprizlə qarşılaşacağınıza işarədir. Həmçinin belə yuxu yeni həyata dair ipuçları verir.


Doğum bərpa, dəyişiklik və inkişaf deməkdir. Yuxu şərhlərinə görə, belə yuxu xəyalpərəstin həyatda mübarizə aparacağı bir dövrə qədəm qoyacağını bildirir.

Təbii ki, yuxu yozmalarına görə şərhlər də dəyişə bilər. Yuxuda hamilə olduğunu görən şəxsin pulu bərəkətli olar və malı varlığı daha da artar.

Onu da qeyd etmək lazımdır ki, uşaq yenilik, gözəllik və başlanğıc sayılsa da, həm də məsuliyyət deməkdir. Buna görə də belə yuxu həyatınızda dəyişən vəziyyətin məsuliyyətini dərk etmək üçün işarə ola bilər. Ola bilsin ki, həyatınıza nəzarət etmək lazım olan bir dövrdəsiniz. Yaşamınızda köklü dəyişikliklər olacaq və siz bu qərarların nəticələrini yaşamadan öyrənə bilməyəcəksiniz. Amma bu dəyişiklik sizin limitlərinizi aşa da bilər.

Hamiləlik həm də şansı ifadə edir. Ətrafınıza yaxşı baxmağınız və fürsətləri dəyərləndirməyinizi önə çəkir.

Belə yuxu evliliyin xəbərçisi də ola bilər. Çox vaxt yaxınlarınızdan birinin evlilik xəbərini almaq kimi düşünülə bilər.

Yuxuda qız uşağına hamilə olduğunu görən şəxs əmin-amanlıq və sakit bir həyat yaşayacağına işarədir. Belə xəyal yuxu sahibinin bütün qayğılarından uzaqlaşacağına dəlalət edir. Çünki qızlar girdikləri evə səadət və bolluq gətirir.

Başqa bir yozuma görə, qız uşağına hamilə olmaq, həm də xəyalpərəstin ailəsində xoşbəxt hadisələrin yaşanacağını bildirir. Həmçinin belə yuxu işsizlər üçün istədikləri iş, subaylar üçün yaxşı münasibət, evlilər üçün isə valideyn olmaq tərəfə yozulur.

Əgər yuxuda oğlan uşağına hamilə olduğunu görən şəxs real həyatda da hamilədirsə, bu doğulacaq uşağın qız olacağına işarədir. Bununla yanaşı, xəyalpərəstin həyatda çətinlikləri varsa, tez bir zamanda həmin problemlərin həll olunacağına, xoşbəxtliyin gələcəyinə dəlalət edir.



 

 

.