Yuxuda üzük görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də üzükdür. Bəs, yuxuda üzük görmək nə vəd edir?

Lent.az yuxuda üzük görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda üzük görmək xoş hadisələrə işarə kimi qəbul edilir. Xəyalpərəstin hörmət görəcəyinə, var olan etibarının daha da artacağına, sayılıb-seçiləcəyinə işarədir.

Qiymətli bir üzük görmək var-dövlətin artacağına, əgər yuxu görən şəxs subaydırsa, tezliklə ailə həyatı quracağı kimi yozulur.


Yuxuda çirkli, baxımsız bir üzük görülürsə, bu qısa müddətli çətinliklərlə, problemlərlə üzləşəcəyinizi bildirir.

Bunlarla yanaşı, üzük ev, avtomobil və qəribə də olsa, bir heyvan sahibi olacağınız kimi də yozulur.

Xəyalpərəstin qızıl üzük taxması xeyirə yozulur. Amma bəzi yozumlara görə, qızıl üzük kişiyə haramdır və bu cür yuxular müsbət tərəfə yozulmur.

Yuxuda üzük tapılırsa, bu evli insanların uşaq sahibi olacağına işarədir.

Həmçinin, yuxuda mis üzük görmək də xeyirə yozulmur. Dürüst və doğru şəxslərin ətrafınızda azalacağını bildirir. Yaxınlarınız barədə seçim edərkən daha diqqətli olmağınız məsləhətdir.

Yuxuda üzük hədiyyə etmək və ya hədiyyə almaq, yuxu yozanlara görə eşq mövzusunda hazırkı istəklərinizin bəzi səbəblərə görə, həyata keçməyəcəyini bildirir. Müvəqqəti olaraq bu istəklərin təxirə salınacağı kimi şərh olunur.

Başqa bir yozuma görə, birinə üzük hədiyyə etmək mal varlığınızın bir qisiminin satılması və bundan əldə edilən gəlirin saxlanması olaraq da ifadə edilir.



 

 

.