Adını tarixə yazdıran 10 qadından 10 İLHAMVERİCİ CÜMLƏ

Həyatları ilə bir çox insana təsir etmiş 10 qadından 10 ilhamverici kəlamı sizin üçün topladıq.

FRIDA KAHLO

 

“Mən öz ilhamvericisiyəm. Çünki mənim üçün nəyin xeyirli olduğunu ən yaxşı mən bilirəm.

COCO CHANEL

“Həyat məni xoşbəxt etmirdi. Mən də öz həyatımı yaratdım”.

AUDREY HEPBURN

“Qadının gözəlliyi gözlərində görünməlidir. Çünki gözlər qəlbin aynasıdır, sevginin çölünə açılan qapıdır.

MARİLİN MONRO

“Gözəlliyin və qadınlığın yaşı yoxdur. Bu, görünüşlə bağlı deyil. Gözəllik daxildən işıq saçmaqdan ibarətdir.”

MALALA YOUSAFZAI

“Bir uşaq, bir müəllim, bir qələm dünyanı dəyişə bilər”.

ANCELİNA COLİ

"Əgər doğulduğunuz qutudan çıxmağa cəsarətiniz yoxdursa, dünyanın həqiqətən nə qədər böyük olduğunu heç vaxt başa düşməyəcəksiniz."

J.K. ROWLING

“Dünyanı dəyişdirmək üçün sehrə ehtiyacınız yoxdur. Artıq içinizdə lazım olan gücə sahibsiniz. Artıq daha yaxşısını xəyal etmək və yaratmaq üçün gücünüz var”.

ŞAHZADA DİANA

"Həyatınızda sevilməyə dəyər birini tapmısınızsa, etməli olduğunuz tək şey bu sevgidən möhkəm yapışmaqdır."

Simone de Bovuar

“Bu gün həyatınızı dəyişdirin. Daha sonra edəcəm deyə həyatla qumar oynamayın, indi hərəkət edin, heç vaxt gecikməyin.

HEDİ LAMARR

“Həmişə araşdırın. Həyatın sirri budur, hər şeyi sınayın, hər şeyə qoşulun, hamı ilə tanış olun.

Evdarliq.Az



 

 

.