Alkoqol və tütün istehlakı və piylənmə nisbətlərinə görə dünyanın ən qeyri-sağlam 20 ölkəsini müəyyən edib.
Müasir həyat şərtlərinin bizi qeyri-sağlam qidalanmağa sövq etdiyi bir həqiqətdir. Küçədə gedərkən eşitdiyiniz hamburger qoxusuna nə qədər dözə bilərsiniz? Evə yorğun gələndə kənardan sifariş vermək daha cazibədar ola bilər. Alkoqol və siqareti unutmayaq. Bütün bunlar uzun müddətdə sağlamlığımızı oğurlayan vərdişlərdir. Klinik müqayisə veb saytı olan Clinic Compare, alkoqol və tütün istehlakı və piylənmə nisbətlərinə görə dünyanın ən qeyri-sağlam 20 ölkəsini müəyyənləşdirdi.
1- Çexiya
Çexiya dünyanın ən qeyri-sağlam ölkəsidir, alkoqol istehlakına görə beşinci, tütün istifadəsinə görə isə 11-ci yerdədir. Əhalinin təxminən 29,1 faizi də piylənmədən əziyyət çəkir.
2- Rusiya
Deyilənə görə, ruslar hətta səhər yeməyinə də araq içirlər. Ölkədə adambaşına ildə orta hesabla 13,7 litr spirtli içki və 2690 siqaret çəkilir.
3- Belarusiya
Ölkə həm alkoqol, həm də tütün istifadəsi üzrə dünyada ikinci yerdədir.
4- Slovakiya
Əhalinin təxminən 27,4 faizi obezdir. Alkoqol istehlakında da doqquzuncu yerdədir.
5- Macarıstan
Macarıstanda bir vətəndaş ildə orta hesabla 1774 siqaret çəkir.
6- Xorvatiya
Ölkə adambaşına ildə 13,6 litr spirt istehlakı ilə altıncı yerdə qərarlaşıb.
7- Polşa
Orta hesabla bir adam ildə 1369 siqaret çəkir və 12,3 litr spirtli içki qəbul edir.
8- Lüksemburq
Əhalinin təxminən 25 faizi obezdir.
9- ABŞ
Litva ilə eyni mövqeyi paylaşan ABŞ, dünyada ən yüksək piylənmə nisbətinə malik 9-cu ölkə və siyahıda ilk 10-luqda yer alan yeganə qeyri-Avropa ölkəsidir. Yetkin əhalinin 35 faizi təhlükəli dərəcədə artıq çəki ilə təsnif edilir.
10- Litva
Litvalılar siyahıdakı digər cəmiyyətlərdən daha çox spirtli içki qəbul edirlər. Orta hesabla adambaşına ildə 18,2 litr.
11- Bolqarıstan
Əhalinin 25,6 faizi piylənmədən əziyyət çəkən ölkə alkoqol istehlakına görə altıncı yerdədir.
12- Estoniya
Əhalinin təxminən yüzdə 24,5-i obezdir və adam başına ildə ortalama spirt istehlakı 12,8 litr olaraq təyin olundu.
13- Belçika
Ölkə həm alkoqol, həm də tütün istifadəsi üzrə aşağıdan yeddinci yerdə qərarlaşıb.
14- Kanada
Kanadalıların təxminən 30,1 faizi obezdir.
15- Livan
Livan tütün istehlakına görə üçüncü yerdədir, adambaşına ildə orta hesabla 3023 siqaret düşür.
16- Avstriya
Adambaşına ildə orta hesabla 11,2 litr spirt istehlak edilir və ölkə spirtli içkilərin istehlakına görə 17-ci yerdədir.
17- Yunanıstan
Yunanıstan əhalisinin 25 faizindən çoxu obezdir.
18- Rumıniya
Orta hesabla bir adam ildə 1619 siqaret çəkir.
19- Böyük Britaniya
Böyük Britaniya dünyanın 9-cu ən böyük içki ölkəsi kimi 19-cu yerdədir.
20- Ukrayna
Ölkə spirt istehlakına görə səkkizinci yerdədir. Hər il orta hesabla bir insan 12,8 litr spirtli içki qəbul edir.
Evdarliq.Az