Mentruasiya zamanı ÇOX YEMƏK istəyi - SƏBƏBLƏR

Qadınlar niyə menstruasiya zamanı şokolad istəyirlər? Qadınların menstruasiya zamanı şokolad istəyini azaltmaq üçün sizinlə sirrləri paylaşırıq.

Əgər menstruasiya zamanı sonsuz yemək yeməyiniz bir neçə kilo ilə başa çatırsa və bu aylıq dövrdə kökəlirsinizsə, iştahınızı cilovlamağı öyrənməlisiniz. Menstruasiya əvvəli həzm sisteminin təsirləndiyini bildirən mütəxəssislər, bu dövrdə ödem və qəbizliyin yaşandığını və kökəlmə hissi hiss edildiyini əlavə edir. Depressiv əhval-ruhiyyədə olan menstruasiya dövrü qadınları yeməyə itələyir.

Qan şəkərinizi artıracaq qidaları qəbul etməklə şokolad və şirin böhranından xilas olacaqsınız. Dietoloqlar bildirirlər ki, belə hallarda iki və ya üç ədəd şokolad qəbul edilə bilər. Şəkər ehtiyacınızı meyvə yeməklə qarşılamaq mümkündür. Quru meyvələrin şəkər nisbəti normadan yüksək olduğu üçün şəkər aclığınızı daha yaxşı yatırar.

"The Serotonin Power Diet" kitabının müəllifi Judith Wurtman, serotoninin azalmasının menstruasiya dövründə pik həddə çatan yemək istəyinə səbəb olduğuna diqqət çəkir. Beynin yeni serotonin istehsal etməsinin ən sürətli yolu karbohidratlarla zəngin qidaları qəbul etməkdir.

Qida rasionunuzu bu şəkildə tənzimləyə bilərsiniz:


Səhər yeməyi -

Kəsmik

Meyvələri və ya qurudulmuş meyvələr (çiyələk, tut, böyürtkən)

Vitamin əlavəsi

Günorta -

Ispanaq salatı

Qızılbalıq

Yağsız süd

Qəlyanaltı -

Yağsız popkorn

İki ədəd tünd şokolad

Axşam -

Pomidor sousu ilə tam taxıllı makaron

Evdarliq.Az



 

 

.