Astrologlar 5 ən təhlükəli və qəddar bürcləri açıqladı!

“The Times of India” beş bürcün adını çəkib ki, onların nümayəndələri qəzəb, məyusluq, kədər və digər neqativ emosiyaların təsiri altında məkrli və hətta təhlükəli insanlara çevrilirlər.

Əkizlər bürcü ən ünsiyyətcil bürcüdür, lakin eyni zamanda onun nümayəndələri inanılmaz manipulyatorlardır. İnsanlarla ünsiyyət qurmağı yaxşı bildikləri üçün həmsöhbətin zəif tərəflərini asanlıqla hesablamağı bacarırlar. Buna görə də, bəzən Əkizlər bu məlumatdan gözlənilmədən hücum və zərbə vurmaq üçün fürsət kimi istifadə edə bilərlər.

Əqrəblər onları incidənləri heç vaxt bağışlamazlar. Əvəzində düşmənlərindən qisas almaq üçün plan quracaqlar. Əqrəblər də manipulyasiyaya meyllidirlər və kimsə tərəfindən xəyanət edilərsə, son dərəcə təhlükəli ola bilərlər. Bu bürcün nümayəndələri heç bir şeyi unutmurlar.

Dolçalar emosiyaları gizlətməkdə və idarə etməkdə mükəmməldirlər, bunun sayəsində başqa bir insana xəyanət edərsə, bunu kimsə anlamaz. Dolçalar birdən-birə sirli və səssiz olurlarsa, bu, onların məkrli bir plan qurduqlarının ilk əlamətidir.

Balıqların təhlükəsi odur ki, onlar çox həssasdırlar və sevdiyi bir insana o dərəcədə bağlı olurlar ki, bu, vəsvəsəyə çevrilir. Xüsusilə tərəfdaşa tam etibar etməsələr. Balıqlar isə çox əsəbiləşdikdə, istədiklərini etməyə başlayırlar. Belə anlarda bu bürcün nümayəndələri etdiklərinin təhlükəli olub-olmaması barədə düşünmürlər.

Şöhrətpərəstlik və güc ehtirası Qoç bürcünü yenilməz edir. Buna görə də onlar bir anda amansız ola bilərlər, çünki qarşılarında başqa insanların qoyduğu sərhədləri görməyi qəbul etmirlər. Qoçlar istədiklərini əldə etmək üçün hər şeyi edəcəklər.

Evdarliq.Az



 

 

.