Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə... Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?

Lent.Az xarici KİV-ə istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın “pijamalar” da yatmaqla daha rahat olacaqlarına inanırlar. Amma bu geyimlər bizim düşüncəmizə, yuxumuza və sağlığımıza təsir edir. Məsələn, qalın yun “pijamalar” tərləməyimizə və səhərlər yorğun oyanmağımıza səbəb ola bilər.

Yuxu zamanı tərləmə, bədəninizdə səpkilərin yaranmasına səbəb ola bilər. Buna görə də, bambuk parçadan hazırlanmış gecə paltarları seçmək daha məqsədəuyğundur. Bu parça antimikrobiyal xüsusiyyətlərə malik olduğu üçün sızanaq yaranmalarının qarşısını alır.

Təbii bir istilik tənzimləyicisi hesab olunan ipək parçalardan hazırlanan gecə geyimlərini də seçə bilərsiniz. İpək parçadakı istilik sizi soyuq qış gecələrində daha rahat saxlaya bilir.

Gecələr tərləyirsinizsə, dəri infeksiyasına yoluxma şansınız çox yüksəkdir. Bakteriyalar nəmli və qaranlıq yerlərdə daha yaxşı çoxalırlar. Onları qalın paltar və yorğan ilə örtdükdə, əslində mikrobların yetişdirilməsi üçün mükəmməl bir yer yaradırsınız.

Araşdırmaya görə, gecə “pijama” geyinməyən kişilər sperma keyfiyyətini artıra bilərlər. Sıx iç geyimi və ya qalın “pijama” geyinərək yatağa getdiyiniz zaman cinsiyyət orqanlarınız daha çox tərləyir. Bu qadınların yataqdakı məhsuldarlığına da təsir edə bilər, çünki həddindən artıq tər iltihaba və infeksiyalara səbəb olur.

Evdarliq.Az