Yuxuda Balıq görmüsünüzsə...Maraqlı Açıqlama

Yuxu yozumları qədim zamanlardan diqqətdə olan mövzulardan biridir.

Yuxuların mənası fərqli mənbələrdə fərqli yozulsada, Evdarlıq.Az qədim ensiklopediyaya istinadən sizə yuxuda balıq görməyin mənasını  təqdim edir.

Yuxuda dənizin dibində iri və kiçik balıqları bir yerə toplanmış, onları bir-bir çıxarıb yemək, və ya hissələrə doğramaq – o adamın çıxardığı balıq qədər var-dövlətə sahib olacağını bildirir. Özünü balıq ovlayan görmək fərəhli və şad xəbərə anlamındadır. İri balıq tutmaq – mənfəət və xeyrə yozulur, kiçik balıqlar isə əldə ediləcək gəlirin kəsilməsinə işarədir. Bulanıq suda balıq ovlamaq – qayğı deməkdir. Balığı diri-diri yemək- yuxu görənin mal mülk sahibi olacağına, eləcədə evli qadına yaxında övlad sahibi olacağına işarədir.

Evdarliq.Az