Məlumatlar

Kişilər qadınlarda nəyə aşiq olur? Bürclərə görə XARAKTERİSTİKA

Kişinin aşiq olması üçün qadının xarici görünüşü nə dərəcədə rol oynayır? Ümumiyyətlə, kişilər qadınları hansı xüsusiyyətlərinə görə sevir?

Ailem.az bürclərə görə kişilərin qadınlarda bəyəndiyi xüsusiyyətlər barədə danışacaq.

Qoç

Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi “indi, bu dəqiqədir”. O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da.

Buğa

Venera tərəfindən idarə olunan Buğa gözəlliyin əsiridir. Həyatında böyük əhəmiyyəti olan duyğularla bərabər görünüşü baxımından da razı qaldığı bir eşq cütlüyündən də imtina etməz. Sevəcəyi şəxs qüsursuz bir görünüşə sahib olmalıdır.

Əkizlər

Əlaqə, həyat, zəka, yumor anlayışı və fikir istehsalı əkizlər bürcünün cazibə anlayışına görə imtina edilməzdir. Özünə yaxın bir IQ səviyyəsinə seksual ayaqlardan daha çox əhəmiyyət verir.

Xərçəng

Xərçəng özünə sevgi və duyğusal güvən təlqin edən bir partnyor istəyir. Bir çox insanda olduğu kimi, xarici gözəlliyi daha üstün tutsa da, bu vəziyyət onun gözündə güvənməmək üçün bir səbəbdir. Hər kəs tərəfindən maraq görən bir partnyoru inadla əldə etmək istəməz. Gözəl bir görünüş onda narahatlıq yaradır. Münasibətdə duyğusal ehtiyaclarını qarşılaya biləcək birini seçəcək.

Şir

Şir ən gözə çarpan, ən ehtişamlı və özünəməxsus olanı istəyir. “Meşə kralı” təqdir dolu baxışlar və qısqanclıq çəkməyən bir insanla əsla birlikdə olmaz. Yanındakı şəxs stili, yaxud ədası ilə diqqət çəkməlidir. Şir partnyorunun özündən bir addım aşağıda olmasını istəyir. Heç kimin və heç nəyin onu kölgədə qoymasına icazə verməz.

Qız

Qız sahib olduğu zərafətə əsasən daxili xüsusiyyətlərə daha çox əhəmiyyət verir. Maraq çəkən söhbətlər edə biləcəyi və mədəni paylaşımları diqqət çəkən insanlar tərəfindən sehrlənir. Digər tərəfdən, xarici görünüş məsələsində də bir sıra istəkləri var. Model axtarmaz, ancaq stil və gigiyena məsələsində çox tələbkardır.

Tərəzi

Tərəzi zəriflik və uyum axtarır. Bu ikisi olmasa, eşqin varlığı imkansızdır. Tərəziyə görə, qüsursuz sevgi xarici və daxili aləmin birləşməsidir. Zərafət, işvə və gözəllik anlayışı vacibdir. Nəzakət, incəlik və mənəviyyat da Tərəzi üçün vazkeçilməzdir.

Əqrəb

Əqrəbin nəzərində gözəllik mövzusu bir az qarışıqdır – digər hər şeydə olduğu kimi. Əqrəb üçün gözəllik cazibə, gizlilik və erotizmdir. Əqrəb çox tələbkardır. Bəlli bir stil seçimi yoxdur. Hər səfərində fərqlidir, hər dəfə fərqli bir şeyi cazibədar görür.

Oxatan

Oxatan insanları xarici görünüşü ilə dəyərləndirməyi rədd edir. Oxatan bürcünün axtardığı əlaqə oyun və həyatın əyləncələrini paylaşmaqdır. Bütün bunları ona verə biləcək şəxs yaxşı görünürsə, Oxatan üçün heç bir problem olmaz. Ancaq darıxdırıcı bir qadın dünyanın ən gözəli belə olsa, Oxatanların diqqətini çəkməz.

Oğlaq

Oğlaq sosial çevrəsindəki imicinə böyük önəm verir. Prestijini artıran bir partnyora sahib olmaq onun üçün son dərəcə əhəmiyyətlidir. Dəyərli bir partnyoru mükafat olaraq gördüyündən özünü daha yaxşı hiss edir. Oğlaq görünüş və daxili aləm istəyir.

Dolça

Dolça zehni qabiliyyətləri görməkdə və dəyərləndirməkdə inanılmaz bir bacarığa sahibdir. Yəni partnyoru ilə bağlı həyata dair baxışını paylaşmaq istəyir. Bir cüt gözəl göz və seksual duruş Dolçanın diqqətini çəkmək üçün kifayət deyil. Dolça qarşısındakı şəxsin necə düşündüyü ilə maraqlanır. O, nə qədər cazibədar olsa da, dar dünya görüşlü, basqın bir xarakter Dolça üçün itələyici ünsürdür.

Balıq

İnsanlar adətən Balıq bürclərini bir pəri nağılının içərisində yaşamaqda günahlandırırlar. Şahzadələrin daima gözəl olduğu bir nağılda. Ancaq Balıq bürcünün içərisində olduğu tək nağıl qurbağanı öpdüyü və lənəti qaldırdığı nağıldır. Xarici görünüşə qarşı xüsusi bir istəyi yoxdur. Qarşısındakı şəxsin nəhəng, istiqanlı bir ürəyi olduğunu gördüyü anda gözləri dünyanın ən gözəl varlığını görmüş kimi olur.


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Ağ lobya ilə toyuq. Tez və dadlı!

Ağ lobya ilə toyuq. Tez…

İsti yeməklər Hits:2110

İnqrediyentlər: - 500-600 qr toyuğun sinə əti

Bu qidalar asılılıq yaradır!

Bu qidalar asılılıq yaradır!

Maraqlı... Hits:1193

Alimlər sübut edib ki, bəzi qidalar...

Məhşur Zaher tortu. Sadə və çox ləzzətli!

Məhşur Zaher tortu. Sadə və…

Şirniyyat Hits:15401

Bu tort bütün dünyada ən populyar...

Kəsmikli ponçiklər

Kəsmikli ponçiklər

Şirniyyat Hits:9551

İnqrediyentlər: - 500 qr kəsmik

Qışa konservləşdirilmiş qarğıdalı. Sadə resept

Qışa konservləşdirilmiş qarğıdalı. Sadə resept

Qışa tədarük Hits:16144

Tərkib: - 1 kq qarğıdalı - 6...

Almalı bulka

Almalı bulka

Şirniyyat Hits:1888

Tərkibi: xəmir: - 20 q yaş maya

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:461

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:363

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:666

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:573

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:472

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:901

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az