Məlumatlar

Bürclərə görə qadınların hansı keyfiyyəti kişiləri valeh edir?

Bürclərə görə qadınların hansı keyfiyyəti kişiləri valeh edir?

Gözəllik incə məsələdir, xüsusilə, zərif cinsin nümayəndələrindən söhbət gedirsə, ehtiyatlı olmaq lazımdır. Ən cazibədar xanımı seçmək bəzən çox çətin, bəzən də çox təhlükəli işə çevrilir...

Hər bir bürcün qarşı tərəfi cəlb etmək üsulu özünəməxsusdur. Sözsüz ki, onların ən güclü silahı gözəllikdir. Lakin astroloqlar bürclərə görə xanımların əks cinsin nümayəndələrini necə cəzb etdiyini yaxşı bilir.

Əminik ki, hansı bürcün nümayəndələrinin kişilərə necə təsir etməsi sizə də maraqlı olacaq.

Qoç bürcü

Bu bürc altında dünyaya gələn xanımlar qarşı tərəfin diqqətini necə cəlb etmək lazım olduğunu yaxşı bilir. Parıltılı geyim, zərif davranış, özünəinam və ağıl - belə bir qadın hansı kişini valeh etməz?

Buğa bürcü

Buğa bürcləri təbii gözəllik tərəfdarıdır. Təbiət də onlara cəlbedici görünüş və şarm bəxş edib. Kişilər qadınlarda təbiiliyə çox önəm verir.

Əkizlər bürcü

Çoxşaxəli qadınlar olan Əkizlər kişilərə gün verib, işıq vermirlər. Dəyişkən xüsusiyyətləri ilə kişiləri tez-tez təəccübləndirir, çox zaman da bezdirirlər. Məsələn, bir gün vəhşi, bir gün ciddi, başqa bir gün də mülayim qadın obrazına daxil olurlar. Bu xüsusiyyətlərinə görə, sirli bürcün nümayəndələri kişilərin sevgisini qazanmaqda çətinlik çəkir.

Xərçəng bürcü

Bu bürc altında dünyaya gələn qadınlar bütün gözəlliyini dərhal nümayiş etdirməyi xoşlamır. Lakin bu bürclə yaxından tanış olan kişi ondan ayrılmaq istəmir. Belə sadiq və qayğıkeş xanımları kişilər heç zaman unutmur.

Şir bürcü

Şir bürcündən olan qadınlar ideal gözəlliyə malik olmasa da, bənzərsiz və unikal zahiri görkəmi ilə əks cinsin nümayəndələrinin qəlbinə yol tapa bilir. Bu bürcün nümayəndələri istənilən vəziyyətdə özünü yaxşı təqdim etməyi bacarır.

Qız bürcü

Həris modapərəstlərin çoxu qız bürcündəndir. Onların dəb cərəyanlarından yaxşı başı çıxır, bu məsələdə də çox iddialıdırlar. Üstəlik, həmişə baxımlı görünməyə çalışırlar. Baxımlı xanımlar da, nəinki kişilərin, elə öz həmcinslərinin də gözlərini sevindirir.

Tərəzi bürcü

Tərəzi bürcünün nümayəndələri əsl dəb ilahəsidir. Onlar nadir və incə zövq duyumuna malikdir. Onları digərlərindən artistlik məharəti fərqləndirir.

Əqrəb bürcü

Ah, nə üçün onların dili belə itidir? Belə qadınlar həyatda inamla addımlayır, ən önəmlisi, özünü qorumağı bacarırlar. Əqrəblərin bu xüsusiyyəti kişilərin xoşuna gəlir. Lakin bu bürcdən olan qadınlara yaxınlaşmağa cəsarət etmədiklərini kişiləri özləri də etiraf edir.

Oxatan bürcü

Bu zodiakın nümayəndələri çox xarizmatik olur. Hətta Oxatan bürcündən olan qadınların zahiri görkəmi mükəmməl olmasa da, onlar ağıllı cavabları ilə kişiləri özünə heyran edir. Onların yeganə mənfi cəhəti qarşı tərəfə vaxt ayırmamasıdır.

Oğlaq bürcü

Oğlaq bürcləri tez-tez zahiri görkəmini dəyişirlər. Amma bu, onlara öz orijinal üslubunu yaratmağa mane olmur. Əvəzində onlar bir güllə ilə iki dovşan vura bilirlər. Belə ki, həm zahiri görünüşü, həm də iti zəkası ilə kişilərdə heyrət hissi oyadırlar.

Dolça bürcü

Həyat eşqi ilə aşıb-daşan dolça bürcləri ətrafa sonsuz nikbinlik hissini ötürür. Belə qadınlar bir çox kişinin xəyallarını bəzəyir.

Balıq bürcü

Ən müəmmalı qadınlardır! Kişiləri həmişə məhz belə sirli və soyuqqanlı qadınlar cəlb edib. Balıq bürcləri sakit görünsə də, əslində, çox ehtiraslı və emosionaldırlar. Yeri gəlmişkən, qeyd edək ki, bu bürcdən olan qadınlar zodiakın ən gözəl nümayəndələrindən biri hesab edilir.

Ulduzların nə deməsindən asılı olmayaraq, yadda saxlayın ki, çirkin qadın olmur: bütün xanımlar məlahətli və təkraredilməzdir. Amma razılaşaq ki, qadınların istənilən kişini dəli edə biləcək bir çox ümumi xüsusiyyətləri var...

Publika.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Xalça və mebeldəki çay ləkəsini belə təmizləyin - ÜSUL

Xalça və mebeldəki çay ləkəsini…

Təmizlik işləri Hits:5017

İsti çay içdiyiniz zaman gözləmədiyiniz hadisə...

Albalı ilə ipək kimi yumşaq pirojki

Albalı ilə ipək kimi yumşaq…

Şirniyyat Hits:4010

Tərkibi: - 1 stəkan qatıq (çox turş...

Dadlı, faydalı və tez hazırlanan salat

Dadlı, faydalı və tez hazırlanan…

Salatlar Hits:5375

Bu salat çox dadlı və faydalıdır.

Kivi ilə YÜNGÜL VƏ DADLI PİROQ

Kivi ilə YÜNGÜL VƏ DADLI…

Şirniyyat Hits:847

Tərkib: - 200 qr kərə yağı

Limon və qozla ŞƏKƏRLİ PİROQ

Limon və qozla ŞƏKƏRLİ PİROQ

Şirniyyat Hits:1998

Məhsullar: Xəmir: - 200 qr kərə yağı

Şokoladı soyuducuya qoymayın... - Ərzaqların düzgün saxlanma qaydaları

Şokoladı soyuducuya qoymayın... - Ərzaqların…

Ərzaqlar Hits:4444

Mətbəx üçün vacib əşya olan soyuducu...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az