Məlumatlar

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - SİYAHI

“Evlilik sevginin məzarıdır”- məşhur fransız yazarı Stendaldan sitat gətirsəm də, hədəfim azərbaycanlı məşhurlardır.

Heç vaxt evlənməyən, ömürlərinin sonuna qədər subay qalan məşhurlar... Onların arasında şair də var, yazıçı, bəstəkar, alim, rəssam, rejissor da… Kim bilir, bəlkə onlar da Stendalın təbirincə desək, sevgilərini məzara gömməmək üçün evlilikdən əbədi imtina edənlərdir? Babal yumayaq, haqq dünyasındadırlar. Əlbəttə, onu bir özləri bilib, bir də Allahları…

Ömründə bir dəfə də olsun evlənməyən, ömürlərini tənha başa vuran məşhurların siyahısını sizə təqdim edirik:

Ustad xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Tələbələrinin dediyinə görə, gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ Xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

Məhəmməd Hadi, şair 41 yaşında dünyasını dəyişib.

Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası Hüseyn Cavidin xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.

Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.

Akademik Azad Mirzəcanzadə. 80 yaşında həyatdan köçüb.

Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Həmkarı, məşhur rəssam Maral Rəhmanzadə ilə nakam sevgi yaşayıb.

Arif Babayev, rejissor. 54 yaşında dünyasını dəyişib. Əslən yəhudi olan ərli qadınla uzun illər sevgi yaşayıb. O qadına görə ömürlük subay qalmağa üstünlük verib.

Publika.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика