Məlumatlar

Bürclərlə necə rəftar etməli? - ÖZÜNÜZÜ TANIMAYACAQSIZ

Özün haqqında yeni nə isə öyrənmək faydalıdır. Sizi bürclərin 10 həyat prinsipi ilə tanış edibik.

Qoç

1. Ən yaxşısı mənimlə mübahisə etməyin.

2. Əvvəl edirəm, sonra düşünürəm.

3. Başqalarının tormoza basdığı yerdə, mən qaza basaram.

4. Əbədi gənc olacağam.

5. Mənim kimi et, onsuz da daha yaxşısını edə bilməyəcəksən.

6. Ən çətini həmsöhbətini sonadək dinləməkdir.

7. İnadkarlıq qüsur deyil.

8. Vəziyyəti nəzarətdə saxlamaq, hissləri idarə etməkdən asandır.

9. Bir qazanda iki Qoçun başı qaynamaz.

10. İlk hücum etmirəm. Vay o gündən ki mənə hücum edələr.
 
 
Buğa

1. Alış-verişə həvəslə gedirəm, gəzintiyə isə pul xərcləməyə əlim gəlmir.

2. Başqasının heç nəyini istəmirəm, mənə aid olana toxunmayın.

3. Pis sülh xoş mübahisədən yaxşıdır.

4. Rahat oturanı yerindən eləmə.

5. Gözəl gün qürubundansa, gözəl divan daha yaxşıdır.

6. Qida- ciddi məsələdir.

7. Mehriban buzov iki anadan süd əmər.

8. İkinci olanda gücünə qənaət etmiş olursan.

9. Birdəfə istifadə edilən alışqanları sevmirəm!

10. Dequstrator – bax bu, mənim əsl vəzifəmdir.

Əkizlər

1. Bu gün dünənki kimi deyiləm.

2. Vəziyyəti idarə edirsə, informasiya da onadır.

3. Bir ağıl yaxşıdır, lakin 2 ağıl daha gözəldir. Xüsusi ilə də bunlar 1 adamda olanda...

4. Fiqaro (məşhur komediyada bic, fəndgir, diribaş və məzəli obraz) hər yerdə.

5. İdeyalar məhsullar kimi yatıb qalmamalıdır.

6. Bir evdə bir televizor, telefon yaxşıdır, amma 3 olsa, daha əla olar.

7. İşləməyən dişləməz.

8. Həyatda skuter kimi suyun üzündə hərəkət edirəm - dərinə getmirəm, əvəzində daha tez çatıram.

9. Bazarda "bazar"a cavabdeh deyiləm.

10. Kəmiyyəti sevirəm, ona görə də keyfiyyətə vaxtım olmur.

Xərcəng

1. Evim mənim qalamdır.

2. Başqalarının qayğısına qalmaq mənim borcumdur.

3. Dünyada hər kəsə çatacaq qədər yer olsa, yaxsşı olar.

4. Uğurun ikinci adı səbirdir.

5. Dostlarla kafedə deyil, evdə görüşərlər.

6. İnsan qəlbini heç nə dolu soyuducu qədər qızdırmır.

7. Ən yaxşısı pulunu yığmaq, amma layiqli nəsə almaqdır.

8. Gizlənmək mümkün olmayan yerdə yaşamaq çətindir.

9. Keçmişim daima mənimlidir.

10. 20 il bir palto geymək olar?
 
Şir

1. Sizi dünyanın ən ucqar işıqlı yerinə aparacağam.

2. Dəstəyi hiss etməkdənsə, kiməsə dəstək olmaq yaxşıdır.

3. Xoş xasiyyət uğurun yarısıdır.

4. Günəş şirlər üçün şıq saçır.

5. Qapının üzərində asılan lövhə maaşdan daha vacibdir.

6. Qazanmağı sevirəm, xərcləməyi isə ondan daha çox sevirəm.

7. Evdə royalın olması pianodan daha yaxşıdır. Hətta onda heç kim ifa etməsə belə...

8. Gülərüz görkəmimə baxmayaraq, daxildə diktatoram.

9. Egər nə isə edəcəksən, onda böyük işlərin qulpundan yapış.

10. Mən sizinləyəmsə, günəşi neynirsiz?

Qız

1. Səbr və zəhmət hər şeyə qalib gələcək.

2. Təvazökarlıq təkcə qızları deyil, bütün Qız bürclərini bəzəyir.

3. Hər kəs üzü üçün yaşayır, amma başqalarına xidmət edir.

4. Təmizlik hər yerdə: həm fikirlərdə, həm də mətbəxdə lazımdır.

5. Bizim bir-birimiz üçün yaradıldığımızın ciddi məntiqi izahını göstər!

6. Yöndəmsizlik məni özümdən çıxardır.

7. Adamların çox olduğu ictimai yerlərdə özümü itirirəm.

8. 1 verdə gilənarın tumunu təmizləmək çətindir.

9. Hər bir Qız bürcünda gözəl xanım yaşayır.

10. Zəhərli göbələk həmişə gözə girir, zəhərsiz isə onsuz da yaxşıdır.

Tərəzi

1. Yarısız olmaq, əlsiz olmaq deməkdir.

2. Mübahisə etməkdən nifrət edirəm.

3. Razılığa gələrək qələbə qazan.

4. Yanlız axmaqlar prinsipial olar.

5. Kimi istəsən, nəyi istəsən cəlb edə bilirəm.

6. Dünyanı gözəllik xilas edəcək.

7. Hər şeyi əhval-ruhiyyədən asılı olaraq etmək lazımdır.

8. Ən çətini seçim arasında qalmaqdır.

9. Hamının üstündən xətt çəkmək olmaz, amma lazımdır.

10. Heç özüm də bilmirəm ki, mən ağın, yoxsa qırmızının tərəfindəyəm.

Əqrəb

1. Heyf ki, sancmağa adam yoxdur.

2. Hər bir hadisə divana bənzəyir: orda da gizli yaylar olmalıdır.

3. Təbəssüm üçün ciddi səbəb olmalıdır.

4. Hər şeydən xilas olmaq olar, öz ehtiraslarından əsla.

5. Mən döyüş meydanında da məhəbbət nəğməsini oxuyuram.

6. Mənim baxışlarıma hər kəs tab gətirə bilməz.

7. Ehtirasım akula kimi çox nadir hallarda özünü biruzə verir.

8. Dünya cəngavərsiz məhv olub gedir.

9. Hələ ki dünyaya Otellolar gəlməyib.

10. Mən kaktus kimiyəm, sehirli gülllərim ancaq seçilmiş insanlar üçün açılır.

Oxatan

1. Yaxşı insanlardan çox olmalıdır.

2. Borclu olduğum hər kəsi bağışlayıram.

3. Ən yaxşı məzuniyyət dünyanı səyahətə çıxmaqdır.

4. Problemdə əsas onun həcmidir.

5. Mənim idealım İvan Çareviçdir.

6. Məndən incimək mümkün deyil.

7. Vicdan əzabı nə deməkdir?

8. Öhədliklər ancaq orta səviyyəli insanların bəzəyidir

9. Qabaqcadan təlaşa düşmək axmaqlıqdır. Əvvəlcə məsələni aydınlaşdırmaq lazımdır.

10. Məsuliyyətsiz insan mütləq məsuliyyət daşımalıdır.

Oğlaq

1. Mən sürət maşını deyiləm və marafonlarda iştirak etmək üçün yaranmışam

2. Döyüş meydanında təkəm.

3. Qanunları pozma, digərləri aradan çəxacaq, səni isə mütləq tutacaqlar.

4. Mənə çox şey lazım deyil. Mənim varım-dövlətim mənim uğurlarımdır.

5. Həyat qatar kimidir. Hər stansiyada yazılmış vaxtda kimsə düşür və kimlərsə gəlir.

6. Evdə oturub uzaq ölkələri xəyalında canlandırmaq gözəldir.

7. Əsl Oğlaq konyak kimi dözümlülüyü ilə fərqlənir.

8. Zirvəyə qalxmaq üçün bir dəfə düşmək lazımdır.

9. İllərlə mən daha da cavanlaşıram.

10. Tələsmək mənə xas deyil.

Dolça

1. Başqalarına bənzəmək çox darıxdırıcıdır!

2. Əgər səni mən yaratmışamsa, mən istədiyim kimi ol.

3. Xürafatçılıq axmaqlara xasdır.

4. Gələcək gözəl olmaq məcburiyyətindədir.

5. Mələk olmaq çətindir, amma olmaq lazımdır.

6. Yaxşı niyyət, yaxşı işdən mühümdür.

7. Yenilikçi olmaq üçün ilk növbədə ənənələri unutmaq lazımdır.

8. Seks? Həyatda bundan mühüm işlər var.

9. Əvvəl dostlar, sonra isə ailə. Əlbəttə ki, buna vaxt qalarsa...

10. Məndən xeyirxahı və gümrahı yoxdur.

Balıq

1. Şəfqəti hiss etmək, kömək etməkdən daha vacibdir.

2. Balıq olduğum üçün içkini rədd edə bilmərəm.

3. Qaydaları darıxdırıcı adamlar fikirləşiblər.

4. Bu günün işini sababa saxlama.

5. Mən çox şey vəd edə bilərəm.

6. Tələsik işləmək çeynəmədən udmağa bənzəyir.

7. Hərkəsi başa düşə bilərəm, özümdən başqa.

8. Söyüd əyilər, palıd isə sınar.

9. Hərkəs bilir ki, mən məşğulam. Amma nə işlə məşğul olduğumuzu bilən yoxdur.

10. Mənim üstümə gəlməyin, yoxsa balıq kimi qaçaram

Publika.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Kəsmikli banan

Kəsmikli banan

Şirniyyat Hits:39307

Çox dadlı, faydalı və zərif şirniyyatdır.

Bananlı-kəsmikli peçenye. Sadə və faydalı!

Bananlı-kəsmikli peçenye. Sadə və faydalı!

Şirniyyat Hits:4736

Tərkibi: - 200 qr kəsmik

Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Şirniyyat Hits:5247

Biskvit: - 3 yumurta - 150 qr şəkər...

Qeyri-adi KRAB SALATI

Qeyri-adi KRAB SALATI

Salatlar Hits:1236

Məhsullar: - 200 qr krab çubuqları

Çox dadlı ev VAFLİləri

Çox dadlı ev VAFLİləri

Şirniyyat Hits:18567

Uşaqların əksəriyyəti vafli xoşlayır. Dükanlarda satılan...

Cemli bulkalar

Cemli bulkalar

Şirniyyat Hits:29883

İnqrediyentlər: Xəmir üçün: - 200 ml süd

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:460

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:362

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:665

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:572

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:471

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:900

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az