Məlumatlar

Hansı bürc necə ata olur?

Həyatımızı bağladığımız insanın bizə qarşı necə davrandığı qədər, uşağımıza necə davranacağı da əhəmiyyətlidir.

Sözsüz ki, hər bir kişi ideal ata olmaq istəyir. Xanımlar da həyat yoldaşlarının yaxşı ata olmasını arzulayırlar.

Bürclərə görə atalıq xüsusiyyətlərini təqdim edirik.

QOÇ: Qoç bürcü kişiləri liderlik etməyi, yol göstərməyi sevirlər. Bu səbəbdən də uşaqlarının həyatda yol göstərəni ola biləcək xasiyyətə sahibdirlər. Ancaq zaman-zaman bir az sabit fikirli ola bilərlər. İrəliləyən proseslərdə və yetkinlikdə uşağınız atasıyla bu xüsusiyyətləri səbəbindən ziddiyyət təşkil edə bilər. Amma yenə də həm əyləncəli, həm komik, həm də yol göstərən olması səbəbindən yaxşı ata olacaqlar.

BUĞA: Buğa kişilərinin dostluğa və yoldaşlığa çox əhəmiyyət verməsinə baxmayaraq, uşaqlarıyla arasındakı əlaqə yoldaşlıqdan kənar ata-uşaq əlaqəsi olacaq. Çox vaxt səbirli və sakitdir, amma əsəbləşdikdə özünü cilovlamaya bilər. Səbrli və sevgi dolu bir ata olacaq. Lakin qəzəbinə məğlub olduğu zamanlara diqqət etmək lazımdır.

ƏKİZLƏR: Əkizlər bürcünün ən diqqətə çarpan xüsusiyyəti nizamsızlığıdır. Öz həyatlarında sabit şeylərdən həzz almadıqları üçün həm sizin, həm də uşağınızın həyatını olduqca hərəkətli edəcək. Ancaq bu nizamsızlıq uşağın böyüməsi və tərbiyələnməsində intizamlı olmamasına səbəb ola bilər. Bundan başqa, avtoritar olmaması uşağın bəzi fikirlərində qeyri-ciddilik yarada bilər. Uşağı ilə birlikdə kitablar oxuyacaq, ictimai və mədəni fəaliyyətlərə qatılacaq, söhbətlər edəcək. Bir sözlə, uşağını yanından ayırmayacaq. Övladınızın ilk müəlliminin atası olmasını istəsəniz, Əkizlər bürcündən olan kişi ilə evlənin.

XƏRÇƏNG: Zodiak qurşağında ailəsinə ən düşkün atalar Xərçəng kişilərdir. Uşaqları ilə o qədər yaxından maraqlanırlar ki, sanki ikinci ana olurlar. Lakin bəzi hallarda həddindən artıq qoruyucu olmaları uşaqlarda özgüvən problemlərinə səbəb ola bilər. İş və pul Xərçəng kişiləri üçün ailələrini xoşbəxtliyə qovuşdurmaq üçün bir vasitədir. Bu səbəbdən də maddi qazancları üçün sizin ailə olaraq mənəvi ehtiyaclarınızı bir kənara atmazlar.

ŞİR: Şir bürcünün qüruru dünyada malik olduğu tək şeydir. Doğulmuş və ya doğulacaq uşağı da onun üçün bir qürur qaynağı olmalıdır. Təhsili, tərbiyəsi və intizamı ilə çox maraqlanar, hətta bəzən bu, dözülməz həddə çata bilər. Hətta yüngül fanatizmə də çevrilə bilər. Şir bürcünün övladları daim atasını gözündə güclü nüfuz sahibi olaraq görür, davamlı özünü bəyəndirmə və yüksək qiymətləndirmə meyli olur. Şir bürcünün kişiləri ailəsinə sahib çıxma mövzusunda olduqca müvəffəqiyyətlidir.

QIZ: Detallara varan, vasvası Qız kişilər uşaqlarıyla ancaq müəyyən bir yaşa gəldikdən sonra maraqlanarlar. Uşaqları o müəyyən yaşa gəldikdən sonra isə olduqca güclü bir bağ qurarlar. Uşaqlarıyla yoldaş kimi ola bilən bürclərdəndir. Övladının bir fərd olduğunu qəbul edir və ona qərar vermə proseslərində azadlıq verir. Bu da uşağın erkən də olsa, sağlam bir yetkinləşmə prosesi yaşamasını təmin edir.

TƏRƏZİ: Tərəzi kişilər ata olduqdan sonra balanslı həyat sürürlər. Uşaqları həyatlarında çox vacib yer tutmur, amma həyatlarının bir hissəsidir.

ƏQRƏB: Əqrəb kişilər qərarlarının dərhal yerinə yetirilməsini tələb edən və avtoritar atalar olacaqlar. Bu vəziyyət çox vaxt uşaqlarıyla arasında buzların yaranmasına səbəb olur. Buna baxmayaraq, heç zaman geri addım atmazlar. Uşaq onun istədiyi kimi olduqda əyləncəli ata ola bilərlər.

OXATAN: Oxatan bürcü kişiləri uşağı ilə həm oyun dostu, həm ata ola biləcək xarakterə sahibdirlər. Xətalarını tənqid edərkən belə, bunu əyləncəli hala gətirirlər. Heç bir zaman uşaqları ilə aralarında keçilməz divarlar olmayacaq. Analar isə diqqətli olsunlar, Oxatan kişilər uşaqları ilə o qədər əylənirlər ki, analar bəzən özünü təcrid olunmuş kimi hiss edə bilərlər.

OĞLAQ: Oğlaq kişilər ənənəvi və klassik ata olacaqlar. Əlaqələrində sərhədləri bəllidir. Hər kəs vəzifəsini yerinə yetirərsə, ailə içində heç bir problem çıxmaz. Uşaqlarını sevmələri onları nizam-intizama əməl etmədikdə cəzalandırmayacaqları demək deyil. Sakit və dinc ata-uşaq əlaqəsi yaşayarlar.

DOLÇA: Dolça kişiləri bir az məsuliyyətsiz olurlar. Bu da uşaqları ilə aralarında vəzifə bölgüsünə laqeyd yanaşmalarına gətirib çıxara bilər. Uşaq olduqdan sonra həyat yoldaşları ilə bir çox problem yaşaya bilərlər. Bu da daha çox məsuliyyət mövzusunda ola bilər.

BALIQ: Bu bürcün kişiləri övladlarına çox düşkün olurlar. Uşaqları doğulduqda onlara daha çox meyl salırlar. Uşaqlarıyla oyun oynamağı və onları güldürməyi çox sevirlər. Evdə kiçik tamaşalar da qura bilərlər. Balıq bürcünün kişiləri uşaqları ilə sərhədlər saxlamaqda çətinlik çəkərlər. Bu səbəbdən də uşaqları çox zaman ərköyün, qısqanc olur, "olmaz" sözünü qəbul etmirlər. Bu ailədə ana hər zaman "polis" olur.

Lent.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Duzlu kələmin bilmədikləriniz faydaları

Duzlu kələmin bilmədikləriniz faydaları

Qışa tədarük Hits:4400

Duzlu kələm soyuq fəsillərdə bizi bir...

Almalı-bananlı cem. Çox asan resept

Almalı-bananlı cem. Çox asan resept

Qışa tədarük Hits:834

  Tərkib: - 2 kq alma - 1 kq...

XANIMLARIN DİQQƏTİNƏ: Kişilər belə qadınlarla evlənmək istəyir

XANIMLARIN DİQQƏTİNƏ: Kişilər belə qadınlarla…

Münasibətlər Hits:2737

Kişilərin qadınların hansı xüsusiyyətlərinə heyran qaldığını...

Sadə şokoladlı peçenye

Sadə şokoladlı peçenye

Şirniyyat Hits:7517

Tərkib: - 500-600 qr un - 1 çimdik...

Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Şirniyyat Hits:5243

Biskvit: - 3 yumurta - 150 qr şəkər...

Hər bir qadının bilməli olduğu 7 qayda

Hər bir qadının bilməli olduğu…

Maraqlı... Hits:6115

Zəriflik hissedilməzdir, amma o, yerişdə, danışıq...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az