Rəhim Rəhimlinin ölüm səbəbi bəlli oldu - Yenilənib

Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

İfaçı ürəktutmadan dünyasını dəyişib.
***
TƏBİB-in ictimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova Axşam.az-a açıqlamasında Rəhim Rəhimlinin ürək çatışmazlığından vəfat etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 01:30 radələrində Səbail rayonu, Mərdanov qardaşları 3 ünvanından çağırış daxil olub. Həkimlərin bütün zəruri tibbi yardımlarına baxmayaraq ifaçınının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Rəhimli bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.




 

 

.