Vüsalə oğlunun görüntüsünü paylaşdı, elə bildilər sevgilisidir – VİDEO

Aparıcı Vüsalə Kərimova instaqramda yeganə övladı Ayxanın görüntüsünü paylaşıb.

Xanım aparıcı gözünün ağı-qarası Ayxanın gecə saatlarında özünə kokteyl hazırladığı anın videosunu təqibçiləri ilə bölüşüb.

Onun bu paylaşımı sosial şəbəkə təqibçilərini də çaşbaş salıb. Videonun şərh bölümünə fikrini bildirən sosial şəbəkə istifadəçiləri arasında Ayxanın aparıcının sevgilisi olduğunu düşünənlərə də rast gəlinib.




 

 

.