Dado boşandığı Natavanın hamiləliyindən danışdı: Biz çoxdan boşanmışıq...

Müğənni Natavan Həbibi ikinci dəfə ana olacaq.

Natavanın keçmiş əri "Dado" ləqəbi ilə tanınan repçi Səid Əliyev mövzu ilə bağlı instaqram hesabında açıqlama paylaşıb.

O, Natavanın hamilə olduğundan hamı kimi xəbər tutduğunu bildirərək, müğənninin gələcək övladının ondan olmadığını və Həbibi ilə yollarını çoxdan ayırdığını dilə gətirib.

"Heç kimin önündə bəraət qazanmıram. Heç kimə hesabat vermirəm. Amma hiss edirəm ki, yenidən məni oyuna salmaq istəyirlər. Sadəcə deyim bilin ki, biz çoxdan boşanmışıq.

Hamilə olmasını mən də sizin kimi öyrənirəm. Aramızda hər şey bitib. Allah onu xoşbəxt eləsin, yeni gələn balasının da canını sag elesin" - deyə, "Dado" bildirib.


Qeyd edək ki, keçmiş cütlüyün Zeyd Əli adlı bir oğlan övladı var.



 

 

.