Ülviyyə plastik əməliyyatla üzünü dəyişdirib - Fotolar

Aktrisa Ülviyyə Xəlilbəyova son günlər üzündəki dəyişikliklərlə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki,  aktrisa paylaşdığı fotolarda yazılan tənqidlərə cavab verib. o bildirib ki, plastik əməliyyat etdirib.

Ülviyyə "Nəhayət açıqlama zamanı gəldi. Bu qədər gözləməyimin səbəbi isə üzümdəki şişkinliyin çoxluğu ilə əlaqədar idi. Təbii ki, hər kəsin orqanizmi eyni deyil. Mən ödəmə meyilli olduğum üçün bədənim bu prosesi çətinliklə atlatdı. Gördüyünüz isə tam nəticə deyil. Bunun üçün ən az 6 ay gözləməliyəm. Çoxdandır bu əməliyyatı etdirmək istəyirdim. qaşla göz məsafəm bir-birinə yaxın idi. Yş artdıqca bu daha da çoxaldı" deyə, bildirib.

Aktrisaya alıngərmə, qaşqaldırma, bella eyes, orta üz gərmə əməliyyatları edilib.


 




 

 

.