Aysun ərinin evli olmasını və bir övladının olduğunu AÇIQLADI - VİDEO

"Eşqin məndə əvvəl rus bir qadınla ailəli olub.O, buna cavanlıq səhvi deyir. Onların qız övladı da var. Eşqinlə tanış olanda onun ailəli olduğunu bilmirdim".

Bizim.Media xəbər verir ki, bu sözləri ötən ay Eşqin Cəlilov adlı bəylə ailə quran müğənni Aysun İsmayılova qonaq olduğu "YouTube"da yayımlanan "Toliklə Səmimi" layihəsində deyib.

İfaçı bildirib ki, həyat yoldaşının qızı ilə yaxından tanışdır, hətta onu özü yanında böyütməyə belə razıdır.

"Biz ailə qurmazdan 4 il əvvəl boşanıblar. Eşqin 21 yaşında ailə qurub. İndi isə onun 28, mənim isə 24 yaşım var. Onların qız övladını da görmüşəm. Uşağı özümüzlə gəzməyə də aparmışam, görüşürük də. Qızcığaza hədiyyə də alıram.

Eşqinə vurulmamışdan əvvəl bunları bilmirdim. Amma sevgili olanda sonra Eşqin övladının olduğunu dedi və mənim bunu necə qəbul etdiyimi soruşdu. Cavab olaraq ona bir kəlimə söylədim: sənin yox, bizimdir. Dedim ki, istəyirsən gətir o uşağa mən baxım. O uşaq körpədir, onun heç bir günahı yoxdur. O, Eşqinin canından gəlib".




 

 

.