Rəqqasə Fatimə: Qızımla harasa gedəndə kürəkənimdən icazə alıram - VİDEO

"Qızım həm də rəfiqəmdir. Onu gənc yaşında dünyaya gətirmişəm".

Bu sözləri "Göyçək Fatimə" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Onun sirri" verilişində deyib.

"Aydana zəng edib deyirəm ki, alış-verişə getmək istəyirəm. Əvvələr evdə olanda özümlə onu rahatlıqla apara bilirdim. Ailə qurduqdan sonra isə həyat yoldaşından icazə almalıyam. Kürəkənim hər zaman "baş üstə" deyə cavab verir. Ona deyirəm ki, icazə ver qızımla üç gün istirahətə gedək. İcazə verir, gedirik. 10 gün əvvəl ana-bala gedib gözəl gəzdik".

Qeyd edək ki, 3 il əvvəl Fatimə Fətəliyevanın qızı Aydan Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə isə cütlüyün Zəhra adlı qızı dünyaya gəlib.

Evdarliq.az




 

 

.