Viktoriya Bekhem öz pəhrizini açıqladı


Britaniyalı dizayner və müğənni Viktoriya Bekhem formada qalmasının sirrini açıqlayıb.

O, məşhur "Vogue" jurnalının Avstraliya versiyasına müsahibəsində bu barədə danışıb.

48 yaşlı məşhur iddia edib ki, illərdir riayət etdiyi pəhriz onun arıq qalmasına kömək edib. Bekhem müntəzəm olaraq balıq, avokado və qoz-fındıq yediyi üçün gənc qalmağı bacarıb.

O, səhər yeməyinə alma sirkəsi və qəhvəyə isə kollagen əlavə etdiyini vurğulayıb.




 

 

.