Qayınanam deyirdi ki, düşmən evinə gəlirəm - Özündən 12 yaş kiçik ərindən danışdı

"İkinci həyat yoldaşım məndən 12 yaş kiçik idi. Hər zaman yaşımdan cavan görünmüşəm. Vahid hardansa xəbər tutub ki, birinci ərimdən ayrılmışam.

Əlaqə saxlayıb, demişəm, mümkün deyil. Ailəsi də razı deyildi. Amma onu sevdim, sonra özünü sevdirdi. Məni gözündən buraxmırdı. Qızıma övladı kimi baxırdı. Anam xəstə idi, ona baxırdım. Gətirirdim, yanımda aylarla qalırdı. Həyatımın ən xoşbəxt günlərini onunla yaşamışam".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Onun sirri" proqramında deyib. Müğənni ikinci həyat yoldaşından və onunla ayrılmasından bəhs edib:

"Yaş kompleksim yox idi. Sənətimdə mənə dəstək idi. Onunla evlənəndə qızım Lalənin 10 yaşı vardı. Beş il mənim evimdə yaşadıq, biznes qurdu. Yavaş-yavaş qazandı və ev aldı. Övlad da istəyirdik, amma olmadı. Sonradan hər şey pisləşdi. Məni toya çox buraxmırdı. Deyirdi, get hərdən oxu, gəl. Gedəndə də kənardan dayanıb baxırdı. Toyda əlimdən bir nəfər öpdü, dava saldı.

Məcbur oldu məndən getdi. Əvvəl ailəsi məni bəyənmirdi, axırda qəbul etdilər. İndi yoxdur, gedib başqa yerə. Ailəsi deyir ki, kaş burada olardı, Ruhəngizlə qalardı. İşləri çox pis oldu, məcbur getdi. Sonra mənə zəng vurdu, stress keçirtdim. Birinci qayınanam evimə gəlib-gedirdi. Deyirdi ki, əslində düşmən evinə gəlirəm, amma ikinci yoldaşın məni ana kimi qarşılayır.


Mənə də getməyi təklif etdi, getmədim. Türkiyə, Rusiyaya getdi. Nömrəmi də dəyişdirdim, ürəyim ondan sındı. Bacısına deyirəm, evlənib? Deyir, yox. Bacısı da deyir ki, yenidən bir araya gələrsiniz? Yox, stress keçirmişəm, axıra kimi onu sevmişəm".

Qeyd edək ki, R.Musəvinin ilk həyat yoldaşı ondan ayrılandan sonra müğənni Sevda Əliqızı ilə ailəli olub.



 

 

.