Lalə Məmmədova yenidən plastik əməliyyat etdirib

Əməkdar artist Lalə Məmmədova etdirdiyi plastik əməliyyatlardan danışıb.

Müğənni bu haqda "Şourum" proqramında danışıb. O bildirib ki, bir neçə ay əvvəl bıçaq altına yatıb:

"Üç-dörd ay əvvəl əməliyyat etdirdim. Bədənimə incə toxunuşlar oldu. Bədənşəkilləndirmə etdim. İlk əməliyyatım deyildi. Hissə-hissə edirəm. Sayını itirmişəm. Yaşla əlaqədar lazım gəlsə, yenə əməliyyat masasına oturaram. Üzüm qırışanda, sallananda etdirərəm".

Qeyd edək ki, L.Məmmədova bundan əvvəl də bir neçə dəfə plastik əməliyyat etdirib.




 

 

.