Fərda xanımından danışdı: Sən mənim hər şeyimsən - Video

"Mənim həyatımın özəli xanımımdır. Sən mənim hər şeyimsən".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Sözbaz" proqramında deyib. Sənətçi proqramda həyat yoldaşına sevgi etirafı edib.

Fərda uşaqlıqda yaşadığı ağır günlərdən də söz açıb. "Ağ şəpitlər var idi, 13 məmmədə idi. Necə işləyirəm... Dondurma istəyirəm, amma yemirəm. Evə ərzaq da alıram, pulu da ayığıram ki, onu alım. Bütün yay pul yığdım, sentyabrın 5-də tamamlandı. Səhər oyandım ki, gedirəm onu almağa. Baxdım ki, hava yaxşı deyil. Getdim, baxıram, birini seçdim aldım. Mindim avtobusa, baxdım yağış yağdı. Onu geyinə bilmədim, ancaq blokda gəzirdim" deyə, yumor ustası əlavə edib.

Qeyd edək ki, Fərda ikinci dəfə ailə qurub. Onun 4 övladı var.




 

 

.