Qızımın onunla ailə qurmasına razı deyildim - Rəqsanə

"Qızım istədi cavanlarla bir araya yığışsın. Dedi, böyük toy istəmirəm. Necə arzuladısa, mən də onun ixtiyarına buraxdım.

Mən də toya gedib qızımı təbrik edəcəm, qayıdacam. Aysuna böyük bir hədiyyə verməyə dəyər".

Evdarliq.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Şourum" proqramında deyib. İfaçı qızı Aysun İsmayılovanın iyunun 30-dan keçiriləcək toyundan danışıb. O bildirib ki, toya ancaq övladını təbrik etmək üçün gedəcək.

Rəqsanə Aysunun Eşqinlə ailə qurmasına əvvəl narazı olduğunu etiraf edib:

"Eşqini ilk mən tanımışam. Əvvəl onların ailə qurmasına razı deyildim. Amma sonra gördüm sevginin qabağını kəsə bilmirəm".


Qeyd edək ki, Aysun və Eşqinin nişanı və nikahı Rusiyada olub.



 

 

.