Uşağımızın şəklini paylaşanda göz dəyir, xəstələnir

"İkimizdə dinamik və lider xasiyyətdə insanlarıq. 20 illik dostuq, bilirik harada "stop" verək. Hər gün də oğlumuzu götürüb gəzməyə gedirik. Onun hər nəfəsi bizə bir xoşbəxtlikdir".

Axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "MTV maqazin"ə açıqlamasında deyib. O, rəqqasə-aktrisa Oksana Rəsulova ilə evliliyindən danışıb.

Şəhriyar Oksananın ona qoyduğu qadağanı açıqlayıb:

"Evdə Oksana tərəfindən senzura var: uşağın fotosunu çox paylaşmaq olmaz. Göz, mənfi enerji var. Uşağın səhhətinə təsir edir. Ona görə də fotosessiya etmirik. İstəmirik uşaqla reklam olunaq.

Oksana qısqancdır. Amma artıq hər şeyi dərk edirik, münasibət yolundadır. Oksana qısqanclığını bildirmir. Kişilərə deyirəm ki, artıq instaqram səhifəniz olmasın, ehtiyatlı olun. Təki hamının gözü xoşbəxtlikdən kor olsun, sağa, sola baxmasınlar".


Şəhriyar qız atası olmaq istədiyini söyləyərək "Kim istəməz qız atası olsun? Qızlar ataları ilə daha yaxşı dost olurlar" sözlərini əlavə edib.

Evdarliq.az



 

 

.