Azərbaycanlı müğənni: 5 il övladımın nə səsini eşitdim, nə üzünü gördüm



Müğənni Aynur Dadaşova həyatında yaşadığı çətin məqamlardan danışıb.

"Zaurla Günaydın" verilişinə qonaq olan ifaçı 5 il övladının üzünü görmədyini açıqlayıb:

"Həyatımda çətin məqamlar oldu. Cavan bacımı itirdim, atam rəhmətə getdi, 5 il övladımın nə səsini eşitdim, nə üzünü gördüm. Mənim var-dövlətim səbrimdir. Allaha sığındım. Çörəyimi də, işimi də, tamaşaçı sevgisini də Allahdan istədim".

5 ildir oğlu ilə danışmayan Dadaşova hazırda onunla barışdığını söyləyib:

"Kiminsə övladı ilə çəkilişini görəndə içimdə başqa ab-hava olurdu. Şükür, indi oğlum yanımdadır. Övladla reklam olunmaq istəmirdim. Bu günə şükür, balam yanımdadır. Qızım Nuray, oğlum Elşad sağ olsunlar".

Qeyd edək ki, ifaçı həyat yoldaşından ayrılanda oğlu atası ilə gedib və o gündən anasını danışdırmayıb.




 

 

.