Xatirənin əri daha yaxşı xanıma layiqdir - Vasif

"Xatirə ilə dostuq. Aramızda ancaq dostluq münasibətləri var. Mən də ailəliyəm. Demirəm aydan arı, sudan duruyam.

Amma evliyəm. Xatirə də ailəlidir, gözəl həyat yoldaşı var".

Axşam.az xəbər verir ki, bu sözləri, Əməkdar artist vasif Məhərrəmli lent.az-a müsahibəsində deyib. O, duet ortağı Xatirə İslamın ailəsindən söz açıb. Vasif bildirib ki, həmkarının həyat yoldaşı Fəxrəddin bəylə dostdur və onun Xatirəyə yaraşdırmır: "Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman o barədə bəxtəvərçilik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı".


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO