Dünya bu serialdan danışır

Hər həftə olduğu kimi bu həftə də "Hercai" serialı baxış sayına görə rekord qırıb.

Evdarliq.Az axşam.az-a istinadən bildirir ki, "Sevgililər günü" efirə gedən serial təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində ən çox baxılan serial olub.

Baş rollarda Ebru Şahin və Akın Akınözünün oynadığı ekran işinin 32-ci bölümün son səhnəsi ilə izləyiciləri çoşdurub.

Serial haqqında 220 mindən çox tvit yazılıb.

Qeyd edək ki, ekran işi İspaniya, Yunanıstan, Çili, Braziliya, Porto Rikoda yayımlanır.


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun