Oksana Elşadla davasından danışdı: Polislər vaxtında gəldi

Rəqqasə-aktrisa Oksana Rəsulova “Hər şey daxil” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, o, ilk dəfə Elşad Xosenin onu döyməsi barədə yayılan xəbərə münasibət bildirib:

“Altı ildir ki, azad qadınam. Valideynlərimdən başqa kiminsə ixtiyarı yoxdur ki, azadlığıma mane olsun və məni qısqansın. Hər şey “Mələyin öpüşü” filmindən sonra başladı. Kommersiya baxımından öz cibimi düşündüm və Elşad Xoseyə layihəyə çəkilmək üçün təklif etdim. Başqa aktyorlarla öpüşə bilməzdim. Bundan sonra mənə yaxınlaşdı. Dava isə... Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdilər. Əslində, böyük hadisə olmamışdı, sadəcə, qloballaşdırdılar”.

Qeyd edək ki, 2017-ci ilin oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Xose saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.


Загрузка...
. .